Tarix : 2016 Dec 08
Kod 50892

üç tərəfli bəyannamə təsdiqləndi

İlham Əliyev Azərbaycan, İran və Rusiya prezidentlərinin Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycanın Qanununu təsdiq edib.
Arannews- AR Prezidenti İlham Əliyev Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
Prezidentlərin Bəyannaməsi 2016-cı il avqustun 8-də Bakı şəhərində imzalanıb.
 Bundan başqa, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmış sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib.


  • Yazılıb
  • da (də) 2016 Dec 08
  • Göndərən مدير سايت Aran News