İlham Əliyev Azərbaycan, İran və Rusiya prezidentlərinin Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycanın Qanununu təsdiq edib.
Arannews- AR Prezidenti İlham Əliyev Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib.Prezidentlərin Bəyannaməsi 2016-cı il avqustun 8-də Bakı şəhərində imzalanıb.
Bundan başqa, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmış sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib.