Arannews- Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun baş müşaviri Fatih Gürsul saxlanılıb.
F. Gürsul İstanbul Cümhuriyyət Baş Prokurorluğunun təlimatı əsasında Ankarada saxlanılıb və evində axtarış aparılıb.
F. Gürsul FETÖ üzvü olmaqda ittiham edilir. Onun fətullahçıların internetdə gizli yazışmalar məqsədilə istifadə etdiyi “ByLock” proqramının istifadəçisi olduğu bildirilir.