Tarix : 2016 Dec 08
Kod 50899

SOCAR-da 173 nəfər işçis işdən azad edilib

İnsafınız olsun! Nə qədər ki, əmək qanunvericiliyini pozan işəgötürən cəzalanmayıb, qeyri-qanuni işdən azad olunmalar davam edəcək.
Arannews- Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neftqaztikinti trestlərində çalışan daha 173 işçi müqavilə müddətinin bitməsi ilə əlaqədar işdən çıxarılıb. 
bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib:
“İndi aldığım məlumata görə, SOCAR-ın Neftqaztikinti trestinin 173 nəfər işçisi müqavilə vaxtının bitməsi ilə əlaqədar işdən azad edilir, hansı ki, bu işçilər uzun müddətdir ki, bu trestdə çalışırlar. Sonda deyəcəklər ki, SOCAR-da ixtisar var ki?
SOCAR-da qanunvericiliyin icrasına nəzarət edən savadlı bir kimsə var? İnsafınız olsun! Nə qədər ki, əmək qanunvericiliyini pozan işəgötürən cəzalanmayıb, qeyri-qanuni işdən azad olunmalar davam edəcək. SOCAR idarə və müəssisələrində işçilərlə işəgötürən arasında müvəqqəti əmək müqavilələrinin bağlanması nəticəsində hər il çoxlu sayda insan işsiz qalır”.

 


  • Yazılıb
  • da (də) 2016 Dec 08
  • Göndərən مدير سايت Aran News