Təl-Əvivdəki Rabin meydanına yerləşdirilən Benyamin Netanyahunun qızıl suyuna çəkilmiş heykəli bir qrup israilli tərəfindən sökülüb.
rejiminin baş naziri Benyamin Netanyahunun qızıl suyuna çəkilmiş heykəli bir qrup israilli tərəfindən sökülüb.
“AranNews”, Yenisafak-a istinadən xəbər verir ki, Netanyahu heykəli heykəltaraş İtay Zalait tərəfindən hazırlanmışdır. Heykəlin sökülməsilə bağlı "Jerusalem Post" qəzetinə danışan Zalait, sökülən heykəli "ictimai müzakirə yaratmaq" məqsədilə etdiyini bildirib.
"Liderə aid heykəlin şəhərin mərkəzində olan bir ölkədə yaşamağın necə bir şey olduğunu insanlara başa salmaq istədim", - deyə Zalait bildirib.
Zalait ölkəni idarə edən liderin heykəlinin qoyulmasının bu gün bir təxribat kimi görünməsinə baxmayaraq, gələcəkdə bunun reallığa çevrilmə ehtimalının olduğunu irəli sürüb.
Digər tərəfdən, Təl-Əviv Bələdiyyəsinin sözçüsü Mira Mark açıqlamasında, "İctimai yerdə heykəlin qoyulması üçün bələdiyyənin icazə verməsinin şərt olduğunu deyib və bələdiyyədən heykəl üçün icazə alınmadığını vurğulayıb.
Mark bələdiyyə işçilərinin hadisə yerinə çatanda, ətrafda toplaşan insanların onlardan əvvəl davranaraq, Netanyahu heykəlini yerə yıxdıqlarını bildirib.