Tarix : 2016 Dec 08
Kod 50902

İraqın baş naziri ABŞ-ın arzusunu ürəyində qoydu

Heydər əl-Abadi Mosul əməliyyatlarının gedişatı, eləcə də ABŞ müdafiə nazirinin İraqda uzunmüddətli qalmaq planları ilə bağlı açıqlama verib.
AranNews”-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, İraqın baş naziri bildirib ki, Mosul əməliyyatlarında hər şey plan üzrə gedir və tez nəticələr gözləmək yersizdir.
İraqın İŞİD-dən təmizlənməsindən sonra bəzi ölkələrin qüvvələrini İraqda yerləşmək istədiyinə diqqət çəkən Abadi vurğulayıb ki, xarici qüvvələr hazırda İraqda beynəlxalq terrorizmlə mübarizə çərçivəsində fəaliyyət göstərir və bu əməliyyatların başa çatmasından sonra, artıq heç bir ölkənin hərbi bazası bu ölkədə olmayacaq.
  • Yazılıb
  • da (də) 2016 Dec 08
  • Göndərən مدير سايت Aran News