Tarix : 2016 Dec 08
Kod 50903

Azərbaycan ruhaniləri Mərceyi-təqlidlərin qonağı oldu

Hacı Sərdar Hacıhəsənli və Hacı İlqar İbrahimoğlu müqəddəs Qum şəhərində İslam dünyasının böyük Mərceyi-təqlidlərinin qonağı olmuşdular.
Peyğəmbərinin nurani Mövludu ərəfəsində müqəddəs Məsumeyi-Qum şəhərində İslam dünyasının böyük Mərceyi-təqlidlərinin qonağı olmuşdular. 
AranNews”-un verdiyi məlumata görə, Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani ilə keçirilən görüşlərdə son məhərrəm-səfər əyyamının keçirilməsi, Ərbəin ziyarətində hüseynsevərlərin möhtəşəm iştirakı ətrafında danışılmışdır.

Böyük İslam alimləri qonaqlardan ölkələrindəki inanclıların vəziyyəti ilə bağlı maraqlanmışlar. Görüşdə azərbaycanlı alimlərə ölkələrindəki   islami fəaliyyətlərində böyük uğurlar arzulamışlar. O cümlədən onların salamını bütün Azərbaycan möminlərinə çatdırılmasını istəmişlər.
Səfərinin davamında Tehranın Cümə namazlarının xətiblərindən olan, böyük əxlaq ustadı Ayətullah Siddiqi ilə görüş keçirilmişdir. Çox maraqlı və mənəvi keçən görüşdə, dəyərli əxlaq ustadı azərbaycanlı alimlərə mənəvi yüksəliş mövzusunda nurani tövsiyələrini vermişdir.

Görüşlərin yekununda, azərbaycanlı alimlər əziz İslam Peyğəmbərinin (s) nurani Mövlud həftəsində keçiriləcək (15-16 dekabr) İslam məzhəblərinin vəhdət və yaxınlaşma Assambleyasının konfransına rəsmi dəvət almışlar. /deyerler.org/

  • Yazılıb
  • da (də) 2016 Dec 08
  • Göndərən مدير سايت Aran News