İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin İslamabad və Yeni Dehli arasında vasitəçilik etməyə hazır olduğunu bildirməsinə Pakistan tərəfi müsbət reaksiya verib.
“AranNews”-un verdiyi məlumata görə, Pakistanın baş nazirinin beynəlxalq məsələlər üzrə baş müşaviri Sərtac Əziz belə bir açıqlama ilə çıxış edib: "İranın bu təşəbbüsünü qəbul edirik, ancaq Hindistanda Modi hökuməti dövründə müzakirə məsələsində irəliləyiş olmayacaq. Pakistan həmişə Hindistanla müzakirə məsələsində addım atan tərəf olmuşdur. Buna baxmayaraq, Hindistan Kəşmir böhranını həll etməyə yanaşmır".