Tarix : 2016 Dec 10
Kod 50907

İranda Netanyahunun Azərbaycan səfərinə qarşı etiraz aksiya keçirilib+FOTO

Aksiyaçılar Azərbaycan Respublikası rəhbəliyini tənqid edərək Netanyahonun Bakıya səfərinin Müsəlman ölkələrə dəstək prinsipinə zidd olduğunu bildiriblər.
Arannews- Təbrizli namaz qılanlar cümə namazından sonra etiraz aksiyası keçirərək sionist rejiminin baş nazirinin Azərbaycan Respublikasına planlaşdırılan səfərinin ləğv edilməsini istəyiblər.
Aksiyaçılar Azərbaycan Respublikası rəhbəliyini tənqid edərək Netanyahunun Bakıya səfərinin Müsəlman ölkələrə dəstək prinsipinə zidd olduğunu bildiriblər. 
Təbrizlilər Azərbaycan Respublikası hökumətini bu kimi səfərlərə yol açmaqla müsəlman birliyinə xələl gətirməkdən çəkinməyə, siyasi və iqtisadi mənafe naminə fələstinli məzlumların hüquqlarını görməməzliyə vurmamağa çağırıblar.
Vəliyi fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi aksiyada deyib: Netanyahonun iki həftəyədək Azərbaycan Respublikasına səfəri planlaşdırılır, bu rüsvayçı haldır, ona görə ki, bu adam sionistlərin və cinayətkarların başında durur və onu qəbul etmək azadəliyə ziddir.
Ayətullah Müctehid Şəbistəri deyib: Bu səfər müsəlmanlar qarşısında durmaq deməkdir ona görə ki, Azərbaycan Respublikasının xalqı müsəlmandır və bu ölkə rəsmiləri bu reallığı diqqətdə saxlamalıdırlar.
Sionist rejimin baş nazirinin Azərbaycan Respublikasına gözlənilən səfərinə etiraz əlaməti olaraq ərdəbilli nama qılanlar bu gün cümə namazı mərasimindən sonra Ərdəbilin müsəlla meydanında aksiya keçiriblər.
Aksiya iştirakçıları " Amerikaya ölüm", " İsrailə ölüm", " Netanyahoya ölüm" və " Heyhat minnəzzillə" şuarları səsləndirərək Azərbaycan Respublikası rəhbərlərinə sionistlərin bu kimi səfərlərinin sadəcə islam dünyasında təfriqə salmaq niyyəti güddüyünü bildirmək istəyiblər. 
Aksiyanın sonunda oxunan bəyanatda deyilir: Məzlum Fələstin xalqının və fələstinli müsəlmanların qatili olan qəsbkar sionist rejimin baş nazirinin mənfur və anti-bəşəri simaya malik olduğunu nəzərə alaraq Azərbaycan Respublikası rəhbərliyindən onun bu ölkəyə səfərini ləğv etməsini və Azərbaycanın müsəlman xalqını narahat etməməsini istəyirik. 
Bəyanatda deyilir: Mənfur sionist rejimin baş nazirinin Bakı səfəri müsəlmanlar arasında təfriqə salmaq məqsədi ilə həyata keçirilir və Azərbaycan Respublikasının səfirliyinin Təl-Əvivdə açılması məqsədini güdür. Biz bildiririk ki, sionist rejim ilə əlaqələrin genişləndirilməsi islam dünyası və Azərbaycan respublikasının müsəlman xalqının etirazlarına səbəb olacaq. 
Sionist rejimin baş nazirinin Azərbaycan Respublikasına gözlənilən səfərinə etiraz əlaməti olaraq ərdəbilli namaz qılanlar da bu gün cümə namazı mərasimindən sonra Ərdəbilin müsəlla meydanında aksiya keçiriblər.
Aksiya iştirakçıları " Amerikaya ölüm", " İsrailə ölüm", " Netanyahoya ölüm" və " Heyhat minnəzzillə" şuarları səsləndirərək Azərbaycan Respublikası rəhbərlərinə sionistlərin bu kimi səfərlərinin sadəcə islam dünyasında təfriqə salmaq niyyəti güddüyünü bildirmək istəyiblər. 
Aksiyanın sonunda oxunan bəyanatda deyilir: Məzlum Fələstin xalqının və fələstinli müsəlmanların qatili olan qəsbkar sionist rejimin baş nazirinin mənfur və anti-bəşəri simaya malik olduğunu nəzərə alaraq Azərbaycan Respublikası rəhbərliyindən onun bu ölkəyə səfərini ləğv etməsini və Azərbaycanın müsəlman xalqını narahat etməməsini istəyirik. 
Bəyanatda deyilir: Mənfur sionist rejimin baş nazirinin Bakı səfəri müsəlmanlar arasında təfriqə salmaq məqsədi ilə həyata keçirilir və Azərbaycan Respublikasının səfirliyinin Təl-Əvivdə açılması məqsədini güdür. Biz bildiririk ki, sionist rejim ilə əlaqələrin genişləndirilməsi islam dünyası və Azərbaycan respublikasının müsəlman xalqının etirazlarına səbəb olacaq.











  • Yazılıb
  • da (də) 2016 Dec 10
  • Göndərən مدير سايت Aran News