Tarix : 2016 Dec 10
Kod 50909

İran Səfiri Azərbaycan müdafiə sənayesi naziri ilə görüşüb

Görüşdə tərəflər İran və Azərbaycanın hərbi-müdafiə sahəsindəki əməkdaşlıqların genişləndirilməsini istəyiblər.
Arannews- İran İslam Respublikasının Bakıdakı səfiri və Azərbaycanın müdafiə sənayesi naziri iki ölkənin hərbi-müdafiə əməkdaşlıqlarının genişləndirilməsinə müsbət yanaşıblar.
İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ilə görüşüb. 
Görüşdə tərəflər İran və Azərbaycanın hərbi-müdafiə sahəsindəki əməkdaşlıqlarını müsbət dəyərləndirib və bu əməkdaşlıqların daha da genişləndirilməsini istəyiblər. 
C.Cahangirzadə həmçinin, hərbir-müdafiə texnologiyaları sahəsindəki birgə əməkdaşlıqların genişləndirilməsi yollarına diqqət çəkərək, bunun gerçəkləşməsi üçün iki ölkənin hərbi rəsmilərinin qarşılıqlı səfərlərin artırılmasını istəyib.


  • Yazılıb
  • da (də) 2016 Dec 10
  • Göndərən مدير سايت Aran News