Tarix : 2016 Dec 10
Kod 50910

Azərbaycanda Dindarlara Qarşı Təzyiqlər Davam Edir

ruhani Qismət İsayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Arannews- ötən il Nardaran hadisələrdən sonra Lənkəranda saxlanılan ruhani İsayev Qismət Zabitxan oğlunun məhkəməsi keçirilib.
məhkəmənin qərarı ilə ruhani Q.İsayev 7 il müddətinə azadlıqdan məhrum edilib. 
Qeyd edək ki, Ruhani Qismət İsayev 19 aprel 2016-cı ildə Respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən keçirilmiş xüsusi əməliyyatdan sonra həbs edilib və barəsində cinayət işi açılıb. ruhani Q.İsayev cinayət məcəlləsinin 6 maddəsi - 228.1-ci maddaəsi (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 159.3,154, 444, 448, 452 maddələri ilə - ittiham olunaraq məhkum edilib. 
Xatırladaq ki, bu, ruhani Q.İsayevin ikinci məhkumluğudur. 
ruhani, bundan öncə 2011-ci ildə 9 ay müddətinə azadlıqdan məhrum edilmişdi.


  • Yazılıb
  • da (də) 2016 Dec 10
  • Göndərən مدير سايت Aran News