Tarix : 2016 Dec 10
Kod 50912

Ayətullah Amili Netanyahunun Azərbaycana səfərinə münasibət bildirib: Bu səfər dünya azəriləri üçün böyük rüsvaylıqdır

“İsrailin Azərbaycan Respublikasına marağı iqtisadi və hərbi məqsədlər üzündən deyil. İsrailə Azərbaycan yalnız İranla qonşu olduğu üçün lazımdır və özünün Suriya və Livandakı məğlubiyyətlərinin əvəzini Azərbaycan vasitəsilə İrandan çıxmağa cəhd edir”.
Ayətullah Amili cəllad və uşaq qatili olan sionist rejimin baş nazirinin Azərbaycan Respublikasına bu yaxınlarda gözlənilən səfərini pisləyib və onu azərilər üçün böyük rüsvaylıq və zillət adlandıraraq deyib: “İsrailin Azərbaycan Respublikasına marağı iqtisadi və hərbi məqsədlər üzündən deyil. İsrailə Azərbaycan yalnız İranla qonşu olduğu üçün lazımdır və özünün Suriya və Livandakı məğlubiyyətlərinin əvəzini Azərbaycan vasitəsilə İrandan çıxmağa cəhd edir”.
 arannews Qafqaz-a istinadən xbər verir -Ərdəbil əyalətinin əhalisinin Rəhbərlik Ekspertlər Məclisində nümayəndəsi cümə namazının xütbələrinin digər bir hissəsində Azərbaycan Respublikasının izzət və zillətinin istər-istəməz bütün dünya azərilərinə aid olmasına toxunaraq deyib: “Ona görə də azərilərin Azərbaycan Respublikasında baş verən hadisələrə həssaslığı təbiidir”.
Xətib, cəllad və uşaq qatili olan sionist rejimin baş naziri Netanyahunun Azərbaycanabu yaxınlardagözlənilən səfərini pisləyib və onu azərilər üçün böyük rüsvaylıq və zillət adlandıraraq deyib: “İsraillilərin onun heykəlinin İsraildə qoyulmasına bir gün də dözmədiyi və onun qızıl heykəlini aşırdığı bir adamı Azərbaycan xalqı necə qəbul edə bilər? Halbuki israillilərin özləri belə onu qəbul etmirlər.”
İmam cümə xütbəsinin davamında deyib: “İsrailin Azərbaycan Respublikasına marağı iqtisadi və hərbi məqsədlər üzündən deyil. İsrailə Azərbaycan yalnız İranla qonşu olduğu üçün lazımdır və özünün Suriya və Livandakı məğlubiyyətlərinin əvəzini Azərbaycan vasitəsilə İrandan çıxmağa cəhd edir”.
Vəliyyi-Fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi Amerikanın İrana qarşı sanksiyaların müddətini uzatmasına da işarə edərək deyib: “Dünya imperializmin təbliğat maşını daxili intellektualların dili ilə təbliğ olunur ki, biz nə üçün Amerika ilə düşmənlik etməliyik və bu düşmənlik nə vaxt bitəcək?”
İmam cümə buna cavab verərək deyib: “Bizim xalqımız və dövlətimiz heç bir ölkə ilə düşmənlik etmir. Amerika barəsində də deyə bilərik ki, düşmənliyi biz yox, onlar başlayıb. İraq, Yəmən, Fələstinin Qəzzə seçkilərində İran meyilli qüvvələrin seçkilərdə qələbəsi və hakimiyyətə gəlməsi onları hiddətləndirmişdir və onlar bunu İranın müdaxiləsi adlandırırlar. Onlar Bəhreyndə və Ərəbistanın şərqindəki xalqın demokratiya uğrunda mübarizələrini, habelə Suriyanın hələ islam inqilabından öncə İsrail ilə əməkdaşlıq etməməsini İranla bağlayırlar. Onlar İŞİD vasitəsilə bizi qətliam etmək niyyətində idi. Ona görə də bizim özümüzü müdafiə edərək İŞİD-lə mübarizə etməyimizi Amerikanın maraqları ilə mübarizə adlandırırlar”.
Ayətullah Amili artırıb: “Onlar deyirlər ki, dünyada nəfəs alan hər bir kəs bütün vücudu məzlumların qanına boyanmış İsraili rəsmi olaraq tanımalıdır. Biz bu zillət və köləliyi qəbul etmədikdə bunu Amerika ilə düşmənlik sayırlar”.
“Biz Əfqanıstan, İraq və Livanda onlarla əməkdaşlıq etdik, ancaq onlar bizim cavabımızı belə verdilər: “hüsnü-niyyət, həmişə hüsnü-niyyət gətirmir”. Sonra da bizim adımızı fitnə mənbəyi qoydular. Bizim dövlətimiz öz öhdəliklərini bir zərrə də olsun pozmdı. Ancaq onlar sonsuz quldurluq, zorakılıq, artıqtamahlıq, iblislik və imperializim ruhu ilə sanksiyaları uzatdılar. Bir sözlə, bizdən əl çəkməyən və bizimlə düşmənlik edən onlardır. Yoxsa bizim heç kimlə düşmənliyimiz olmamışdır”.


  • Yazılıb
  • da (də) 2016 Dec 10
  • Göndərən مدير سايت Aran News