"İŞİD tərəfindən Ankara Qızıl Aypara, Tunalı Hilmi prospekti və ticarət mərkəzi yaxınlığında teror aktı keçirilməsi planlaşdırılır.
Arannews- Türkiyədə Ankara polisi tərəfindən paylanıldığı iddia edilən sənəddə İŞİD-in terror aktı həyata keçirəcəyi ehtimalları dərc olunub.Sənəddə yazılıb:
"İŞİD tərəfindən Ankara Qızıl Aypara, Tunalı Hilmi prospekti və ticarət mərkəzi yaxınlığında teror aktı keçirilməsi planlaşdırılır. Sözügedən hücumda "Renault Fluence", "Ford Mondeo", "HYUNDAI Accent Blue" və "Fiat Egae" markalı maşınlardan istifadə edilə bilər. "Fiat Egae" markalı avtomobilin nömrəsi və rəngidə açıqlanıb.
Ankara polisi terrorla mübarizə C şöbəsi sənəd haqqında heç bir açıqlama verməyib.