Tarix : 2016 Dec 11
Kod 50915

Netanyahunun Azərbaycana səfəri bu ölkə xalqını təhrik edir

Rəhbərliyin Ekspertlər Məclisinin Azərbaycan Respublikasının rəhbərləri ayaqlarını yorğanlarına görə uzatsınlar/Netanyahunun Azərbaycana səfəri bu ölkə xalqını təhrik edir
Arannews anaja istinadən - Höccətül-islam Purməhəmmədi deyib: Netanyahunun Azərbaycan Respublikasına səfəri bu dövlətin gələcəyi üçün yaxşı deyil və xalq bu hərəkətə dözməyəcək.
Höccətül-islam Məhəmmədtəqi Purməhəmmədi “Anaj” müxbirinə müsahibəsində Azərbaycan Respublikasının iftixarlı keçmişindən söz açaraq deyib: “Azərbaycan ölkəsi keçmişdən bəri şiəlik yurdu olmuşdur və İranla ortaq tarixə malikdir. Bu diyar həmişə böyük alimlər, fəqih müctəhidlər yetişdirmişdir”.
Purməhəmmədi əlavə edib: “Bir vaxtlar Nəcəf Elmi Hövzəsinin xərcləri bu diyar tərəfindən təmin edilirdi. Bu məsələ onların qeyrət və dindarlığını göstərir”.
Marağanın imam cüməsi Netanyahunun bu yaxınlarda Azərbaycan Respublikasına gözlənilən səfərinə də işarə edərək deyib: “Bu ölkənin rəhbərləri öz qərarlarında xalqın, həmçinin öz qonşularının məsləhətini də nəzərə almalıdır”.
“Azərbaycan cəmiyyətinin əksər hissəsi şiələrdən ibarətdir. Digər tərəfdən də Netanyahunun əli müsəlmanların, uşaqların, günahsız insanların qanına batmışdır və çox cəllad və qaniçən adam sayılır”- deyə imam cümə bildirib.
Rəhbərliyin Ekspertlər Məclisinin üzvü Azərbaycan rəhbərlərini özlərinə gəlməyə çağırıb və xatırladıb: “Yaxşı olar ki, diqqətli olsunlar və ayaqlarını yorğanlarından qırağa çıxartmasınlar. Çünki bu səfər nə xalqın, nə də onların dövlətinin xeyrinədir. Bu işlə yalnız Azərbaycan xalqını təhrik edirlər”.
Purməhəmmədi, Netanyahunun Azərbaycan Respublikasına səfərini pisləyib və deyib: “Bütün qeyrətli azərilərə tam mənada sevgisi olan bir azəri kimi Azərbaycan Respublikasının dövlət başçılarından istəyirəm ki, bu yoldan dönsünlər”.


  • Yazılıb
  • da (də) 2016 Dec 11
  • Göndərən مدير سايت Aran News