Tarix : 2016 Dec 11
Kod 50916

Netanyahu qələt edib Azərbaycana ayaq basır

Bunab əhalisinin nümayəndəsi: Netanyahu qələt edib Azərbaycana ayaq basır/Azərbaycanın müsəlmanları bilsin ki, nəhs rejim Allahın məxluqlarının haqlarını tanımır
Arannews anaja istinadən-Bunab əhalisinin nümayəndəsi: Netanyahu qələt edib Azərbaycana ayaq basır/Azərbaycanın müsəlmanları bilsin ki, nəhs rejim Allahın məxluqlarının haqlarını tanımır
Ezazi deyib: “İranın qonşuluğunda yerləşən müsəlman ölkəsinə belə bir səfər, İsrail-Azərbaycan dostluğu İranın regionda həssaslığını qabarda bilər”.
Ziyaullah Ezazi “Anaj” informasiya agentliyinin müxbirinə verdiyi müsahibəsində sionist rejimin baş nazirinin Azərbaycan Respublikası kimi müsəlman bir ölkəyə səfəri barədə deyib: “Netanyahunun Azərbaycanda nə işi vardır ki, bu ölkəyə səfərə gəlir?”
O əlavə edib: “İnşallah, Azərbaycan xalqı öz bəsirət və ayıqlığı ilə müxtəlif yollarla etirazlarını dövlətə çatdıracaq”.
Bunab əhalisinin İslami Şura Məclisində nümayəndəsi Azərbaycan Respublikasının dövlət məsullarının karsız olduqlarını vurğulayaraq deyib: “Azərbaycanın müsəlman xalqının bilməsi lazımdır ki, bu nəhs rejim dünyada insanlığa qarşıdır. Çünki sionistlər Allahın məxluqlarının haqlarını tanımır”.
Ezazi xatırladıb: “İnsanların hansı ölkədən və hansı dindən olmasına baxmayaraq hökumətlərin vəzifəsi insanların hüquqlarına riayət etməkdir”.
Bunab əhalisinin nümayəndəsi İsrail qəsbkarlarının din məsələsindən ayrı insanlığı da ayaq altda qoymalarına işarə edərək vurğulayıb: “Azərbaycanın şiə cəmiyyəti sionist rejimin çirkin siyasətlərinə qarşı ayıq olmalıdırlar və hökumətlərinin kimlərlə dostluq münasibəti qurmaq istəməsinə diqqət etməlidilər”.
O, Netanyahunun Azərbaycan Respublikasına səfərini pisləyərək deyib: “İmam Xomeyninin (rh) sözü belədir: İsrail yer üzündən silinməlildir”.
Z. Ezazi sözü gedən səfərin nəticələrinə də toxunaraq deyib: “Sözsüz ki, İranla qonşu müsəlman ölkəyə belə bir səfər, İsrail və Azərbaycanın dostluq münasibətləri İranın regionda həssaslığını qabarda bilər”.
O, müsahibəsinin sonunda müsəlmanları İsraillə bağlı məsələlərə həssas olmağa səsləyib və deyib: “Netanyahunun bu yaxınlarda gözlənilən səfəri İran üçün də təhlükə siqnalıdır. Ona görə də Azərbaycan şiə qardaşları da diqqətli əməl etməli və kiminlə münasibət qurduqlarını bilməlidir”.


  • Yazılıb
  • da (də) 2016 Dec 11
  • Göndərən مدير سايت Aran News