Tarix : 2016 Dec 11
Kod 50917

Sionistlər sevimli ölkəmiz üçün təhlükəli planlar cızıblar

Bu səfərə etiraz etmək o qədər önəmli və zəruridir ki, bütün işlərimizi, dərs və universitetimizi, qazanclarımızı və səfərlərimizi dayandırıb, ona etiraz etmək üçün səfərbər olmalıyıq.
Arannews anaja istinadən - Sionistlər sevimli ölkəmiz üçün təhlükəli planlar cızıblar/Dövlət rəhbərləri Netanyahunun nəhs səfərini ləğv etsinlər
Bu səfərə etiraz etmək o qədər önəmli və zəruridir ki, bütün işlərimizi, dərs və universitetimizi, qazanclarımızı və səfərlərimizi dayandırıb, ona etiraz etmək üçün səfərbər olmalıyıq.
Benyamin Netanyahunun gələn həftə Azərbaycan Respublikasına səfəri təkcə qonşu İslam ölkələri, o cümlədən İran deyil, Azərbaycan Respublikasının daxilində də bir sıra siyasi fəallar və tənqidçilər tərəfindən də pislənilir.
Azərbaycan Respublikasında universitet müəllimi və ekspert, islamçı doktor Gəncəvi Netanyahunun Azərbaycana səfəri ilə bağlı bəyanat verərək xalqı bu nəhs və məşum səfərə etiraz etməyə dəvət edib.
“Arannews”, “Anaj” saytına istinadla bəyanatın tam mətnini təqdim edir:
بَرَاءَةٌ مِنَ اللَّهِ وَرَسُولِهِ إِلَى الَّذِينَ عَاهَدْتُمْ مِنَ الْمُشْرِكِينَ
“(Bu) Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıqdır!” (Tövbə surəsi, ayə 1)
لُعِنَ الَّذِينَ كَفَرُوا مِنْ بَنِي إِسْرَائِيلَ عَلَىٰ لِسَانِ دَاوُودَ وَعِيسَى ابْنِ مَرْيَمَ ذَٰلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ
“İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi”. (Maidə surəsi, ayə 78)
Sözümü ölkəmin müsəlman və ayıq-sayıq xalqına salamla başlayıram.
Salam olsun sizə ki, dövlətin din və məntiq əleyhinə qadağalarına baxmayaraq öz ilahi vəzifənizə əməl edib, Əliyevin zülmü qarşısında mübarizələrinizi davam etdirirsiniz.
Salam olsun sizə ki, dövlətin Aşura mədəniyyəti və şəhidlər sərvərinin yolu qarşısında fitnələrinə baxmayaraq məhərrəmin ilk ongünlüyündə öz sevgi və rəğbətinizi əzəmətli dini mərasimlər və əzadarlıqlar keçirməklə nümayiş etdirdiniz.
Salam olsun o kəslərə ki, eşq, məhəbbət və çox geniş şəkildə səmavi vəhdət cilvəgahında və Allah bəyənən Ərbəin yürüşündə iştirak edərək, dünya müsəlmanları arasında Azərbaycan ölkəsinin başını ucaltdılar.
Bu günlər şəhidləri məzlumcasına can verən Nardaran hadisələrinin ildönümü günlərinə təsadüf edir. Salam olsun bu şəhidlərin əzəmətli və uca ruhlarına və azad məhbuslara…
İnşallah, bu aşurasayağı və saleh əməlləriniz Allah dərgahında qəbul və İmam Hüseynin (ə) razılığını qazanmış olsun.
Bu günləri azərbaycanlı həmvətənlərimin qarşısında digər bir vəzifə dayanmışdır ki, bu dini vəzifədə səhlənkarlıq etmək, Allahın narazılığına və şeytani-rəcimin razılığına səbəb ola bilər.
Xəbərlərə əsasən, iki rejimin razılaşmasına əsasən, 13 dekabrda qatil Netanyahu Bakıya səfər edəcək.
İsrailin Knessetinin sədri Yuli Edelşteynin açıqlamalarını araşdırsaq, sionist rejim başçılarının Azərbaycana qarşı çirkin məqsədləri, cızdıqları məkirli planları və sevimli ölkəmiz üçün hansı təhlükəli proqramlar hazırlamaları tamamilə aşkar olar.
Bu bizim hər birimiz üçün bir vəzifədir ki, dəqiq, təsirli və davamlı proqramlar həyata keçirməklə bütün vücudumuzla bu səfəri pisləyək və nəhs səfərin ölkəmizə baş tutmasının qarşısını alaq.
Toplantılar, seminarlar, konfranslar, müsahibələr, məqalələr, televiziya və radio proqramları, sosial şəbəkələrdə fəaliyyətlər zalıma qarşı nifrətimimizi və öz etirazımızı dövlətə çatdırmaq üçün hərəkətlərimizə bir vasitə olacaqdır.
Bu səfərə etiraz etmək o qədər önəmli və zəruridir ki, bütün işlərimizi, dərs və universitetimizi, qazanclarımızı və səfərlərimizi dayandırıb, ona etiraz etmək üçün toplanmalıyıq.
Ümidimiz budur ki, Allahın istəyi və lütfü ilə dini təlimləri, mübarizə və müqavimətin düzgün yolunu tanıyaq. İnşallah.

  • Yazılıb
  • da (də) 2016 Dec 11
  • Göndərən مدير سايت Aran News