Levon Zurabyan: " Hazırda ölkədəki kapital Gürcüstana qaçır. Biz elə edəcəyik ki, bu kapital Ermənistanda qalsın".
Arannews- Levon Ter-Petrosyan seçkiqabağı təşviqat kampaniyasına başlamağa tam hazırdır.bunu jurnalistlərə açıqlamasında Ermənistan Milli Konqresi fraksiyasının rəhbəri Levon Zurabyan söyləyib. O, fraksiyanın əsas namizədinin Levon Ter-Petrosyan olacağını bildirib.
“Biz qələbə qazanacağımız təqdirdə təqaüdləri artıracağıq, qazın qiymətini 25% aşağı salacağıq, 14 növ vergidən 5-ni saxlayacağıq. Hazırda ölkədəki kapital Gürcüstana qaçır. Biz elə edəcəyik ki, bu kapital Ermənistanda qalsın. Baş nazir Karen Karapetyan Gümrüdə deyirdi ki, Ermənistanda monopoliya yoxdur. İndi mən bəyan edirəm ki, Ermənistanda Karen Karapetyanın hökuməti yoxdur”.
Qeyd edək ki, gələn il Ermənistanda parlament seçkisi keçiriləcək.