Tarix : 2016 Dec 11
Kod 50920

Netanyahunun Azərbaycana səfəri bu ölkə üçün rüsvaylıqdır

Əhərin imam cüməsi: Netanyahunun Azərbaycana səfəri bu ölkə üçün rüsvaylıqdır/Bu səfər regionda terror hadisələri yaradacaq
Arannews anaja istinadən-Höccətül-islam Hacızadə: Netanyahunun Azərbaycan Respublikasına səfəri gerçəkləşərsə regionda sabitsizlik və terror hadisələri yaranacaq.
Höccətül-islam Hacızadə “Anaj” müxbirinə müsahibəsində Netanyahunun Azərbaycan Respublikasına mümkün səfərinə etiraz edərək deyib: “Ümidvaram ki, Azərbaycan Respublikasının müsəlmanlarının və dövlət rəhbərlərinin qeyrəti bu səfərin baş tutmasına mane olacaq. Çünki belə bir şəxsin Azərbaycana səfər etməsi bu ölkə üçün rüsvaylıqdır”.
Əhərin imam cüməsi əlavə edib: “Netanyahu müsəlmanlar əleyhinə cinayət və xəyanətlərin başında dayanır, onun əli məzlum müsəlmanların qanına bulaşmışdır. Belə bir rüsvayçı səfəri təkcə din deyil, vicdan da qəbul etmir”.
Hacızadə bu səfərin baş tutmasının Azərbaycan Respublikası xalqının təhrik olmasına səbəb olacağını qeyd edərək deyib: “Azərbaycanın dövləti və rəsmiləri öz şəxsi maraqlarına görə xalqın qarşısında dayanmamalıdır”.
İmam cümə müsahibəsinin davamında İranın dövlət məsullarının və xalqının sözü gedən səfərə müxalif olduğunu vurğulayaraq deyib: “Netanyahunun Azərbaycan Respublikasına səfərinin qonşu ölkələr, xüsusilə də İran üçün bir sıra təsirləri vardır. Bu səfər regionda sabitsizlik və terror hadisələrinin yaranmasına səbəb olacaqdır”.


  • Yazılıb
  • da (də) 2016 Dec 11
  • Göndərən مدير سايت Aran News