Biz Azərbaycan universitetlərinin bir qrup müəllim və fəalı Netanyahunun Bakıya səfərini bərk pisləyir, Azərbaycan Respublikasının prezidentindən istəyirik ki, bu xəyanətli səfəri ləğv etsin, öz taleyini xərçəng şişinə bundan artıq düyünləməsin.
AranNews - Azərbaycan universitetlərinin bir qrup müəllim və fəallarının Qüdsü işğal edən cinayətkar rejimin baş naziri Netanyahunun Azərbaycan Respublikasına səfərini pisləyən bəyanatı aşağıdakı kimidir:
Region ölkələrinin Suriya və İraqda yadların alovlandırdığı ixtilaf odunda yandığı, qərbin və Qüdsü işğal edən rejimin dəstəklədiyi təkfirçi terrorçuların mühasirəsinin daraldığı bir vaxtda qondarma İsrail ölkəsinin cinayətkar baş nazirinin və müsəlmanlara qarşı and içmiş aşkar düşmənin Azərbaycan Respublikasına səfəri təkfirçilərin məğlubiyyəti ilə ilgili olmaya bilməz.
İŞİD yaralılarını Hayfa xəstəxanalarında müalicə edən işğalçı rejim onların mövcudluğunun təhlükəyə düşməsini hiss etdikdə müqavimət cəbhəsinə qarşı yeni bir cəhbə aça bilmək üçün əl-ayağa düşmüşdür.
Şübhəsiz ki, bu səfər region ölkələri arasında gərginlik yaratmaq, müsəlmanlar arasında təfriqə salmaq məqsədilə planlaşdırılmış və qardaş qırğını törətməyə yönəlmişdir.
Biz Azərbaycan universitetlərinin bir qrup müəllim və fəalı bu səfəri bərk pisləyir və Azərbaycan Respublikasının prezidetindən istəyirik ki, bu xəyanətli səfəri ləğv etsin və öz taleyini xərçəng şişinə bundan artıq düyünləməsin.
Azərbaycan universitetlərinin bir qrup müəllim və elmi heyət üzvləri