Azərbaycan Ruhanilər Məclisi (ARM) İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) doğum günləri ərəfəsində o həzrətin ümmətini ölkəsindən didərgin salan, evlərini viran qoyan, əli dirsəyinə qədər məzlum Fələstin xalqının qoca, qadın və körpəsinin qanına bulanmış sionist rejiminin baş naziri B.Netanyahunun azərbaycana səfəri ilə əlaqədar Allah Rəsuluna (s) başsağlığı verir.
Arannews- Azərbaycan Ruhanilər Məclisi (ARM) işğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahunun gələn həftə Azərbaycana nəzərdə tutulan səfəri ilə bağlı etiraz bəyanatı yayıb.ARM-ın bəyanatını təqdim edilir:
“Bismillahir-Rəhmanir-Rəhim. Azərbaycan Ruhanilər Məclisi (ARM) İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) doğum günləri ərəfəsində o həzrətin ümmətini ölkəsindən didərgin salan, evlərini viran qoyan, əli dirsəyinə qədər məzlum Fələstin xalqının qoca, qadın və körpəsinin qanına bulanmış sionist rejiminin baş naziri B.Netanyahunun azərbaycana səfəri ilə əlaqədar Allah Rəsuluna (s) başsağlığı verir. Bəli, məhz başsağlığı! Doğurdan da, Allahın, Peyğəmbərin (s) və bütün azad insanların sevmədiyi bu şəxsin İslam dünyasına mənsub olan azərbaycana səfəri sözün əsl mənasında müsibətdir.
Azərbaycan xalqı insansevər və qonaqpərvərdir. Daima dünya xalqlarının vətəndaş və rəhbərlərinə qucaq açmış və səmimi məhəbbətlə qardaşcasına qarşılamışdır. Lakin müsəlman qardaşlarımızın qanını tökən, onları blokadada saxlayan, yaralı insanlara dərman və azuqə çatdırmağa belə imkan verməyən insaniyyət qatili, sionist təmsilçisi, xalqımızın qonağı deyil və ola da bilməz. Bu xüsusiyyətlərə malik olan sionist rejimilə yaxınlaşmaq, əhalisi təcavüz və soyqırıma məruz qalan xalqımızın istəyini əks etdirmir. Hər gün yaxınlıqlarında olan insanlara qarşı cinayətgaranə rəftarlarına şahid olduğumuz bir rejimə yaxınlaşmaq bizə məqbul sayıla bilməz.
Netanyahunun azərbaycana səfəri bizə yaxşı heç bir şey vəd etmir. Əksinə, dünya müsəlman millət və dövlətləri yanında azərbaycanın islami hüviyyət və imicinə öldürücü zərbə vurur. Təcavüzkar rəftarlarına görə, ümumdünya müsəlmanları tərəfindən təcrid və qınaqlarla üzləşən sionist rejimi, mövcud durumu dəyişmək məqsədi ilə istiqlaliyyətini yenicə əldə etmiş postsovet ölkələrində özünə ayaq yeri axtarır. Bu qəbil məqsədlərlə azərbaycana nəzərdə tutulan səfərlər mənafeyimizə xidmət etmir, əksinə, azərbaycanı dünya müsəlmanlarının diqqət mərkəzində olan Fələstin məsələsinə biganə göstərir.
Azərbaycan Ruhanilər Məclisi (ARM) sionist rejimi ilə əməkdaşlığı məqbul saymır, rejimin təmsilçilərinin azərbaycana səfərlərini məkirli hesablayır.”