Tarix : 2016 Dec 11
Kod 50924

AİP-dan Netanyahunun Səfərinə Sərt Reaksiya

Sionist rejiminin Baş Naziri Binyamin Netanyahunun müqəddəs müsəlman Azərbaycan torpağına səfərini Azərbaycan İslam Partiyası qətiyyətlə rədd edir.
Arannews- Azərbaycan İslam Partiyası sionist rejiminin baş naziri Benyamin Netanyahunun gələn həftə Azərbaycana nəzərdə tutulan səfəri ilə bağlı etiraz bəyanatı yayıb. Qurumun Mətbuat Xidmətinin bəyanatında deyilir.
 “Məsləyi öldürməkdən, alçaldaraq ucalmaqdan ibarət olan zümrələr Allahın dostu ola bilməzlər. Məzlum Fələstin xalqının başına 70 ildən artıq bəlalar gətirən sionist rejiminin rəhbərləri belə zümrələrdəndir. Bu xalqın tarixindən elə bir il ötməmişdir ki, rejiminin qaniçən əsgərləri fələstinli müsəlmanların cavanlarını, körpə və qocalarını, hətta qadınlarını qətliama məruz qoymasın, torpaqlarında Allah düşmənləri at oynatmasınlar. Əliyalın fələstinlilər sionist rejimin ən modern silahlarından istifadə olunmaqla qətlə yetirilir.
Rəhm və mərhəmətdən uzaq olan sionist rejim hakim dairələrinin nümayəndələrindən biri, başqa sözlə, birincisi Binyamin Netanyahu bu günlərdə Azərbaycana səfəri gözlənilir. Səfər iki müsəlman ölkəsinə- Azərbaycan və Qazaxstana nəzərdə tutulur.
Səfərdə əsas məqsəd gizli saxlansa da səmimiliyi şübhə doğurur. Əslində qəddar cəlladın bir qardaşın başın kəsib digərinin başın sığallayacağına inanmaq sadəlövhlük olardı. Bu mənada Azərbaycan bu gün ona strateji əməkdaşlıq təklif edən ölkələri diqqətlə seçməli, müsəlman olduğumuza görə dinimizə, inancımıza bəslədiyi münasibətə ciddi önəm verməlidir. Çünki ölkəmiz işğalçı rejimlərin dəstəyi ilə torpaqlarının 20 faizini itirmişdir.Tarixini işğalçılıqla yazıb yaradan, hökmünü dünya xalqlarına qəddarlığı ilə diktə edən bir rejimdən xeyirli nəsə gözləmək, insanlığa müsbət töhfələr vermək çətindir.
Sionist rejiminin Baş Naziri Binyamin Netanyahunun müqəddəs müsəlman Azərbaycan torpağına səfərini Azərbaycan İslam Partiyası qətiyyətlə rədd edir. Əlləri məzlumların qanına batmış birisinin ölkəmizə səfəri, ayağını müsəlman torpaqlarına basması yolverilməzdir. Biz inanırıq ki, bu səfər Azərbaycana heç bir başucalığı gətirməz və nəinki müsəlman dünyasında, dünyanın əksər ölkələrində xalqımızın imicinə, dövlətçiliyimizə xələl gətirəcək. Bu gün əməllərinə görə Netanyahu bəşəri cinayətkar kimi ABŞ-da, Böyük Britaniyada, hətta İsrailin özündə belə nifrətlə qarşılanır, bəzi hallarda haqqında cinayət işi qaldırılır.
Bütün bunları nəzərə alıb AİP Benyamin Netanyahunun Bakı səfərinə qətiyyətlə etiraz edir, ölkə rəhbərliyinin müsəlmanların və İslam dininin, bütövlükdə insanlığın real düşməni sayılan şəxsin bu səfərinə maneə törətməsini məqsədəuyğun hesab edir. Bununla xalqımız bu arzuolunmaz səfərin mənəvi zərərindən xilas olunmuş olacaq.”


  • Yazılıb
  • da (də) 2016 Dec 11
  • Göndərən مدير سايت Aran News