Parlament sədrinin müşaviri: Azərbaycanın dövlət adamlarının sözündə və əməlində nifaq/Netanyahunun Azərbaycana səfəri dövlətə baha başa gələcək
Həqiqətpur deyib: Qüdsü işğal edən rejim Azərbaycan Respublikasının ticarət, kənd təsərrüfatı, iqtisadiyyat, bəzən də hərbi mərkəzlərinə nüfuz etməklə özünü İranın sərhədlərinə yaxınlaşdırmağa cəhd edir.AranNews – İslami Şura Məclisinin sədrinin müşaviri Mənsur Həqiqətpur “El”-in müxbirinə verdiyi müsahibəsində Netanyahunun Azərbaycan Respublikasına səfərinə toxunaraq Azərbaycanın dövlət adamlarının siyasətlərindən gileylənib. O deyib: “Özünü İranın dostu adlandıran Azərbaycan Respublikası əməldə və faktiki olaraq sionist rejimlə iqtisadi, hərbi və siyasi müqavilələr bağlayır. Bu məsələ Azərbaycan rəsmilərinin sözünə və əməlinə nifaqın hakim olduğunu göstərir”.
M. Həqiqətpur Azərbaycanın dövlət adamlarını özlərinə gəlməyə səsləyərək deyib: “Azərbaycan rəsmiləri bu davranışlarından əl götürməsələr bu məntəqənin əhalisi bir gün öz dövlətləri əleyhinə ayağa qalxacaq və Azərbaycan xalqı öz dövlət adamlarını peşman edəcəklər”.
İslami Şura Məclisinin sabiq nümayəndəsi vurğulayıb: “Qüdsü işğal edən rejim Azərbaycan Respublikasının ticarət, kənd təsərrüfatı, iqtisadiyyat, bəzən də hərbi mərkəzlərinə nüfuz etməklə özünü İranın sərhədlərinə yaxınlaşdırmağa cəhd edir.
İsrailin Azərbaycan Respublikasında, əlbəttə, bizim sərhədlərimizdə hüzuru bizim üçün dözülməzdir. Azərbaycan dövləti bu məsələyə cavab verməlidir”.
2014-cü ildə Nətənzdə məhv edilən İsrailin kəşfiyyat təyyarəsinin Azərbaycan Respublikası ərazisindən qalxmasına da toxunan müşavir əlavə edib: “Azərbaycan rəsmiləri bizim ərazimizə belə bir təyyarə göndərmədiklərini bildirdilər. Ancaq onun ərazisindən Azərbaycanın özünün olduğu bir yerdə İsraildən başqa hansı ölkə bu işi edə bilərdi?
Azərbaycan Respublikasının rəsmiləri o qədər fərsizdir və ixtiyarları öz əllərində deyil ki, başqa bir ölkənin onların ərazisindən dost ölkəyə qarşı casusluq etməsinə icazə verirlər?”
M. Həqiqətpur müsahibəsinin digər bir hissəsində İsrailin Azərbaycan Respublikasında hüzurunun regional səviyyədə siyasi və təhlükəsizlik sahələrində müxtəlif təsirləri olacağını da açıqlayaraq deyib: “Mənə belə düşünürəm ki, Netanyahunun Azərbaycan Respublikasına səfəri bu ölkənin dövləti üçün baha başa gələcək. Ona görə də azərbaycanlı rəsmilərə tövsiyəm budur ki, özlərinə qayıtsınlar və məsələni yaxşılıqla bitirsinlər”.
Parlament sədrinin müşaviri bunu da vuğulayıb ki, Azərbaycan Respublikasının İsraillə aşkar və dostcasına münasibətləri bu ölkənin İran İslam Respublikasının diplomatik münasibətlərinə təsirsiz qalmayacaq.
O: həmçinin deyib: “Mən əminəm ki, Azərbaycanın müsəlman əhalisi Netanyahunun bu ölkəyə səfər etməsinə və küçələrdə gəzməsinə icazə verməyəcəklər”.
Mənsur Həqiqətpur müsahibəsinin sonuda bildirib ki, Azərbaycan dövləti doğrudan da daha yaxşı əmin-əmanlıq və sabitlik istəyirsə, İsrailə deyil, öz dostlarına və qonşu ölkələrinə arxalanmalıdır.