Tarix : 2016 Dec 12
Kod 50927

Sərab şəhərinin tələbələri Netanyahunun Azərbaycana səfəri ilə bağlı etiraz aksiyası keçirib

Bu günləri səhər vaxtı Şərqi Azərbaycan universitet tələbələri ilə eyni zamanda Sərab şəhərinin Azad İslam Universitetinin tələbələri də Netanyahunun Azərbaycan Respublikasına səfəri ilə bağlı etiraz aksiyası keçirib.
AranNews – Redaksiyamızın “Sərabın səsi” saytına istinadla verdiyi xəbərə görə etiraz aksiyasında Sərab tələbələri işğalçı sionist rejimin baş naziri Netanyahunun Azərbaycan Respublikasına səfərini pisləmiş və bununla bağlı bəyanat vermişlər. Bəyanatda deyilir:
Bismillahil-qasimil-cəbbarin
“Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni görəcəksən”. (Maidə surəsi, ayə 82)
Adam görünüşlü bir vəhşi, müsəlman və şiə ölkəsi olan Azərbaycan Respublikasına səfər etmək istəyir. Bəli, Azərbaycan Respublikasının prezidentinin dəvəti(!) ilə cəllad və uşaq qatili olan İsrailin baş naziri Netanyahu Bakıya səfər edəcək.
Xərçəng şişi və ayaq basdığı yerə zərər-ziyandan başqa bir xeyri dəyməyən sionist rejimin baş naziri kimi bir cəllada qırmızı xalça sərmək müsəlman ölkələrinin başçıları üçün rüsvaylıqdır.
Biz qeyrətli Azərbaycanın xalq qurumları bir daha Fələstinin məzlum xalqını və Azərbaycan Respublikasındakı qardaşlarımızın şərəf və ləyaqətini müdafiə edir, cəllad və şər mənbəyinin qonşu və qardaş ölkəyə səfərini pisləyir və bu səfərin dərhal ləğv olmasını istəyirik.
Azərbaycan Respublikasının rəhbərləri üçün Netanyahu kimi birisinə qucaq açmaqdan böyük hansı utanc və rüsvaylıq ola bilər?!
Bakı dövləti müxalifət fəryadlarını eşitməli və midriklik göstərməlidir.
Müsəlmanlara qarşı and içmiş düşmənlə münasibət və dostluq etmək dünya müsəlmanlarına qarşı hörmətsizlik, zülm altında yaşayan Fələstin xalqının qanını tapdamanqan başqa bir anlamı yoxdur.
Bakı dövləti müsəlmanlara hörmətlə yanaşaraq bu səfəri ləğv etsin və müsəlmanların gözündə özünü bundan artıq alçaltmasın.
Belə düşünürük ki, cəllad və uşaq qatili Netanyahunun Azərbaycan Respublikasına gözlənilən səfəri Bakı hakimiyyəti üçün böyük rüsvaylıq və zillətdir. Ümid edirik ki, Bakı dövləti bu rüsvaylığa razı olmayacaq!

  • Yazılıb
  • da (də) 2016 Dec 12
  • Göndərən مدير سايت Aran News