Tarix : 2016 Dec 12
Kod 50928

And içmiş düşmənlə dostluq müsəlmanlara hörmətsizlikdir

Bəyanatda deyilir: Bakı dövləti müsəlmanlara hörmətlə yanaşaraq bu səfəri ləğv etsin və müsəlmanların gözündə özünü bundan artıq alçaltmasın.
AranNews – Redaksiyamızın “Zeytun” saytına istinadən verdiyi xəbərə görə Şərqi Azərbaycanın bir qrup ictimai və dini qurumları Netanyahunun Azərbaycan Respublikasına səfərinə etiraz edərək bəyanat yayıblar. Bəyanatda deyilir:
Bismillahil-qasimil-cəbbarin
“Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni görəcəksən”. (Maidə surəsi, ayə 82)
Adam görünüşlü bir vəhşi, müsəlman və şiə ölkəsi olan Azərbaycan Respublikasına səfər etmək istəyir. Bəli, Azərbaycan Respublikasının prezidentinin dəvəti(!) ilə cəllad və uşaq qatili olan İsrailin baş naziri Netanyahu Bakıya səfər edəcək.
Xərçəng şişi və ayaq basdığı yerə zərər-ziyandan başqa bir xeyri dəyməyən sionist rejimin baş naziri kimi bir cəllada qırmızı xalça sərmək müsəlman ölkələrinin başçıları üçün rüsvaylıqdır.
Biz qeyrətli Azərbaycanın xalq qurumları bir daha Fələstinin məzlum xalqını və Azərbaycan Respublikasındakı qardaşlarımızın şərəf və ləyaqətini müdafiə edir, cəllad və şər mənbəyinin qonşu və qardaş ölkəyə səfərini pisləyir və bu səfərin dərhal ləğv olmasını istəyirik.
Azərbaycan Respublikasının rəhbərləri üçün Netanyahu kimi birisinə qucaq açmaqdan böyük hansı utanc və rüsvaylıq ola bilər?!
Bakı dövləti müxalifət fəryadlarını eşitməli və midriklik göstərməlidir.
Müsəlmanlara qarşı and içmiş düşmənlə münasibət və dostluq etmək dünya müsəlmanlarına qarşı hörmətsizlik, zülm altında yaşayan Fələstin xalqının qanını tapdalamaqdır.
Bakı dövləti müsəlmanlara hörmətlə yanaşaraq bu səfəri ləğv etsin və müsəlmanların gözündə özünü bundan artıq alçaltmasın.
Belə düşünürük ki, cəllad və uşaq qatili Netanyahunun Azərbaycan Respublikasına gözlənilən səfəri Bakı hakimiyyəti üçün böyük rüsvaylıq və zillətdir. Ümid edirik ki, Bakı dövləti bu rüsvaylığa razı olmayacaq!
10/12/2016
Şərqi Azərbaycanın Rəzməndəqan heyəti
Təbrizin Ənsarul-Hüseyn (ə) heyəti
Təbrizin Əkbəriyyə Şuturban heyəti
Təbrizin Qasimiyyə zəncirvuranları heyəti

Maralanın Vilayət Ardıcılları heyəti
Ənsari-Baqirul-Ulum (ə) heyəti
Abbasi bölgəsinin Ya Həsəni-Muctəba heyəti
Quran və İtrəri-Nur (ə) müəssisəsi
Təbriz İctimai Tələblər şurası
İsar Mədəniyyət və İncəsənət mərkəzi
Azərbaycan Əmmarları
Maralan Şəhidlər Xatirəsi idarəsi
Xatəmul-övsiya Mədəniyyət qərargahı
Əyalət Tələbə bəsici
Tələbələrin İslami Camiəsi
İslam İnqilabı Mədəni Araşdırmalar ofisi
Yad Fotoqraflar qurumu
Rəviş Mədəniyyət Mərkəzi
Şərqi Azərbaycan jurnalistlərindən bir qrupu
Bu sihayı təkmilləşməkdədir...


  • Yazılıb
  • da (də) 2016 Dec 12
  • Göndərən مدير سايت Aran News