Azərbaycan Respublikasında hicablı məktəblilər və müəllimlər məktəbə buraxılmayacaqlar.
Arannews- Azərbaycanın Astara rayonunda məktəblilər və müəllimlərə məktəbə hicabla gəlmələri barədə xəbərdarlıq edilib.
cümə günü Azərbaycanın Astara rayonunda məktəblilər və müəllimlərə bildirilib ki, gələn həftənin birinci günündən yəni, bazar ertəsi günündən etibarən hicablı məktəblilər və müəllimlər məktəbə buraxılmayacaqlar.
Bir valideynin dediyinə görə, məktəblilər və müəllimlərə bildirilib ki, müvəqqəti olaraq bir həftə müddətinə məktəbə hicabsız gəlsinlər. Çünki, dövlət rəsmiləri tərəfindən məktəbə baxış keçiriləcək. Buna görə də, müəllimlər və məktəblilər hicablı olmamalıdırlar.
Müəllimlərdən biri bu məsələyə etiraz olaraq, deyib: SSRİ dövründə də oxşar problemlərimiz var idi və elə buna görə də canımız bahasına müstəqilliyimizi bərpa etdik. Amma, yenə də həmin problemlər öz həllini tapmayıb.
Azərbaycan əhalisinin 98%-ni əsasən şiə müsəlmanlar təşkil etsə də, ölkədə bu kimi qadağalar tətbiq edilir.