Azərbaycanda şiələr müxtəlif bəhanələrlə həbs və işgəncə edilir, repressiyalara məruz qalırlar.
Arannews- Nardaran hadisələri ilə əlaqədar saxlanılan kənd sakini Abbas Hüseynov cəza kamerasına salınıb.Abbas Hüseynlinin vəkili Fariz Namazlı müvəkkilinin heç bir səbəb olmadan cəza kamerasına salındığını deyib. Namazlı həmçinin deyib: Abbas Hüseynli məhkəmə iclasından öncə 5 gün müddətinə cəza kamerasında saxlanılacaq.
Vəkilin dediyinə görə, zindan rəhbərliyi həmişə olduğu kimi müttəhimlərin məhkəmədən öncə cəza kamerasına salınmasının səbəblərinə aydınlıq gətirməkdən çəkinib.
Bu məlumata görə, Azərbaycanda şiələr müxtəlif bəhanələrlə həbs və işgəncə edilir, repressiyalara məruz qalırlar.
Azərbaycan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin 26 noyabr 2015-ci il tarixində Nardaranda həyata keçirdiyi əməliyyatı zamanı "Müsəlman Birliyi Hərəkatının" sədri Tale Bağırzadə və daha onlarla nəfər saxlanılıb.