Tarix : 2016 Dec 13
Kod 50937

Şərqi Azərbaycan universitetlərinin bəsici tələbələri bəyanat yayıb

Netanyahunun səfərinin sevimli və canımız olan Azərbaycan diyarının müsəlmanlarına bədbəxtlik və səfalətdən başqa bir faydası olmayacaq/İsraillilər İranın sərhədlərinə yaxınlaşmaq istəyir
Biz Şərqi Azərbaycan əyalətinin universitetlərinin bəsici tələbələri İran İslam Respublikasının hörmətli dövlətindən, xüsusən də xarici işlər nazirindən istəyirik ki, bu səfərin aqibətini dost və qonşu ölkəyə xatırlatsın.
AranNews – Redaksiyamızın “El” saytına istinadla verdiyi xəbərə görə, Netanyahunun Azərbaycan Respublikasına səfər edəcəyi ilə xəbərlərin yayılmasının ardınca Şərqi Azərbaycan əyalətinin universitetlərinin bəsici tələbələri bəyanat veriblər. Bəyanat aşağıdakı kimidir:
Bismillahir-rəhmanir-rəhim
Şərqi Azərbaycan əyalətinin universitetlərinin bəsici tələbələrinin Netanyahunun Azərbaycan ölkəsinə səfəri ilə bağlı etiraz bəyanatı 
“Allah pis sözün açıq deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşidəndir, biləndir!” (Nisa surəsi, ayə 148)
“Siz (sionistlər) qarşıdan gələn 25 ili görməyəcəksiniz və Allahın tövfiq və inayəti ilə regionda 25 ildə sionist rejimi adında bir şey mövcud olmayacaq. Həmin müddətdə də mübariz, qəhrəman və cihadçı islami ruhiyyə bir an da olsun sionistləri rahat buraxmayacq. Bunu bilin!”
İnqilabın Böyük Rəhbərinin əhali ilə görüşündə bəyanatı-9/9/2015
Xəbərlərdə deyilir ki, Amerikanın nəcis nəhs quduz iti baş nazir Binyamin Netanyahu İlham Əliyevin dəvəti ilə Azərbaycan ölkəsinə səfər edir. Dünyanın ikinci şiə ölkəsi, mücahidlər diyarı, şiə aləminin dilavərlərinin yurdu, hətta kommunistlərin yetmiş illik hakimiyyəti dövründə Əhli-beytə (ə) sevgisində möhkəm dayanan polad iradəli insanlar vətəni, öz etiqadlarının müdafiəsi yolunda qeyrətli cavanlarının qanına qəltan olmasına şahid olan məmləkət, alimləri zindanlarda ölümə qucaq açan, ancaq heyhat, minniz-zillət deyərək, öz iradəsindən bir addım da geri çəkilməyən bir ölkə indi ən kiçik işi müdafiəsiz qadın və uşaqların başına bombalar yağdıran qondarma və qəsbi sionist rejimin sərkərdəsinin nəhs qədəmlərinə şahid olur.
Çox heyiflər olsun ki, Azərbaycan ölkəsinin başçıları öz vətənlərinin yüksəlişi yolunda ayağa qalxmaq, qeyrətli dindar cavanlarının potensiallarından istifadə edərək işğalçıları öz torpaqlarından qovmaq, ölkələrinin ərazi bütövlüyünü müdafiə etmək və qəsbkar düşmənin Qarabağa hücumu nəticəsində qəlbi parçalanmış anaların ürəklərinin yarasına məlhəm qoymaq əvəzinə Qüdsü işğal edən bir rejimə icazə vermişlər ki, bu ölkənin ticarət mərkəzlərini, kənd təsərrüfatını, sənaye obyektlərini, hərbi sahəsini və mədəniyyət məsələlərini öz nəzarəti altına alsın, bu ölkədə homoseksualların paradını təşkil etməklə onun dinini, etiqadını, sivilizasiyasını, qeyrətini və zəngin mədəniyyətini məsxərəyə qoysun.
Cənab Əliyev bilməlidir ki, bu qondarma rejim sion protokollarında yazılmış maraq və məqsədlərdən ayrı bir şey qəbul etmir. Təcrübə də sübuta yetirmişdir ki, onlar öz nəfsi istəklərinə çatmaqdan ötəri heç bir əməldən çəkinmir, uşaq qətlə yetirir, terror törədir, zülm edir, məscid bombalayır, qəbul edilmiş beynəlxalq qanunlara məhəl qoymur, qəsb edir. Sübuta yetmişdir ki, onların terrordan başqa bir məntiqləri yoxdur, özünün ali irq olduqlarını sübut etmək üçün dünyada terror qrupları yaradaraq mütəfəkkirləri, ziyalıları və tənqidçiləri aradan götürürlər. Bu az müddətdə bir sıra əməllər törətmişlər ki, tarixin cəlladlarının üzünü ağ etmişdir. Səbra, Şatila, Qana, Deyr Yasin, Qəzzə və minlərlə digər məntəqədəki qətliamları yaxından görən və hələ də unutmayanlar vardır.
Sözsüz ki, belə bir keçmişi olan bir rejim Azərbaycan rəhbərlərinə xeyir gətirməyəcək və belə bir vəhşinin nümayəndəsinin səfərinin sevimli və canımız olan Azərbaycan diyarının müsəlmanlarına bədbəxtlik və səfalətdən başqa bir faydası olmayacaq.
Qüds işğalçısının Azərbaycanda hüzurunun ən önəmli məqsədi qeyrətli İranın sərhədlərinə yaxınlaşmaq, məntəqənin mədəniyyətinə təsir etmək, İsrail əleyhinə olan anti-sionizm ruhunu zəiflətmək, azad insanlara qarşı öz terror briqadasını istiqamətləndirməkdir. Ancaq anlamalıdırlar ki, həmişə olduğu kimi qeyrətli İrandan, İmam Xomeyni və İmam Xameneinin övladlarından zərbə alacaqlar ki, bu əbədi olaraq tarixin yaddaşında qalacaq. İran və iranlı ayıqdır və bu ayıq-sayıqlığın sayəsində İran regionun təlatümlü dənizində sabitlik hökm sürən bir adaya çevrilmişdir. Yüz əlbəttə, Simurq ərsəsində milçəyin hüzuruna təhəmmül etməyəcək və mütləq özünün sərt cavabını verəcək ki, indiki və gələcək istismarçılar üçün ibrət dərsi olsun.
Biz Şərqi Azərbaycan əyalətinin universitetlərinin bəsici tələbələri İran İslam Respublikasının hörmətli dövlətindən, xüsusən də xarici işlər nazirindən bu səfərin aqibətini dost və qonşu dövlətə xatırlatmağını istəməklə yanaşı, Azərbaycan dövlətinə xəbərdarlıq edirik ki, öz söz və rəftarındakı münafiqliyə son qoysun, ölkəsində sabitlik və əmin-amanlıq ardıncadırsa, küləyə söykənməyə bənzəyən tarixin cinayətkarlarına deyil, öz dostlarına, qonşularına, mömin və dindar əhalisinə arxalansın, əlini dizinə qoyaraq qalxsın. Həmçinin bilsin ki, bu səfər onlara çox baha başa gələcəkdir.
Yüz əlbəttə, Azərbaycan Respublikasının müsəlman və şiə xalqı Netanyahunun bu ölkəyə səfərinə, bu ölkənin küçələrində gəzməsinə icazə verməyəcək və azərbaycanlı qeyrətlilərə söykənmək əvəzinə qərbin hakimiyyətinə təmayül göstərən  dövlət rəhbərlərinə özlərinin İslama itaət etdiklərini, dünya qaniçənlərini öz torpaqlarında hüzuruna icazə vermədiklərini sübut edəcəklər. 
“Zülm edənlər tezliklə hansı dönüşə dönəcəklərini mütləq biləcəklər!”
11 dekabr, 2016-cı il – Şərqi Azərbaycan Əyalətinin Universitetlərinin Tələbə Bəsici Mövqelərini Bəyan edən Şura 

  • Yazılıb
  • da (də) 2016 Dec 13
  • Göndərən مدير سايت Aran News