Culfa əhalisi aksiyası keçirərək işğalçı sionist rejimin baş nazirinin dünyanın ikinci şiə ölkəsinə səfərinə etiraz edib.
AranNews – Sərhəd bölgəsində yerləşən Culfa şəhərinin qeyrətli və bəsirətli əhalisi uşaq qatili sionist rejimin baş nazirinin Bakıya səfərinə etiraz və hiddətini bildirmək üçün aksiya keçirib və bu səfəri pisləyib. Həmçinin, Azərbaycanın dövlət başçılarına xəbərdarlıq ediblər ki, bu səfərin baş tutmasının qarşısını alsınlar. Əks təqdirdə bu səfərin aqibətinin və Azərbaycan Respublikası xalqının qəzəbinin intizarında olsunlar.
Aksiya iştirakçıları “İsrailə ölüm”, “Amerikaya ölüm”, “Dünya imperializminə ölüm” şüarları səsləndirərək İsrail, Amerika və onların bütün müttəfiqlərinin cinayətlərini pisləyiblər.