Tarix : 2016 Dec 13
Kod 50942

"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi Netanyahunun səfərinə sərt reaksiya verib

İslam Dünyası sionist rejimini işğalçı tanıdığı halda bu rejiminin baş nazirinin Azərbaycana səfəri sanki Azərbaycanı İslam Dünyasından ayırmaq və öz gizli maraqlarına cəlb etmək məqsədi daşıyır.
Arannews- Azərbaycan "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi sionist rejimi baş nazirinin Azərbaycana səfərinə etiraz edib
MMDB-nin bəyanatında deyilir:
"Vətənimiz Azərbaycan, Fələstin kimi işğaldan əziyyət çəkən ölkədir. Azərbaycan xalqı,  faşist ermənilərin  Xocalı soyqırımı ilə üzləşdiyi kimi, Fələstin də  “Sabra və Şatilla” qətliamı kimi sionist rejimi tərəfindən onlarla terror hücumuna məruz qalmışdır. Təkcə Qəzza savaşlarında rəsmi statistikaya əsasən sionisti rejim 500 fələstinli uşağı qətlə yetirib. İslam Dünyası sionist rejimini işğalçı tanıdığı halda bu rejiminin baş nazirinin Azərbaycana səfəri sanki Azərbaycanı İslam Dünyasından ayırmaq və öz gizli maraqlarına cəlb etmək məqsədi daşıyır. İstər sionist rejimin parlament sədrinin, istərsə də Mossad Kəşfiyyat İdarəsinin rəisinin açıqlamalarından da göründüyü kimi, sionisti rejim bölgədə yeni münaqişə ardınca olub, sanki Suriya və İraqda olan müttəfiqləri - "Nusra Cəbhəsi" və İŞİD-dan nəzərləri uzaqlaşdırmaq və bölgəmizdə yeni münaqişələr zamanı özünə tərəfdaş axtarışındadır. Azərbaycan tərəfi ölkə ərazisindən üçüncü – sionist rejimi kimi tərəflərə digər ölkələrə qarşı addıma və təxribatlara yol verməyəcəklərini dəfələrlə bildirsədə, sionisti rejim tərəfi müxtəlif yollarla planladıqları münaqişələrə Azərbaycanı cəlb etmək arzusundan əl çəkməmişlər. MMDİB üzvləri olaraq sionist rejiminin baş nazirinin ölkəmizə səfərini xalqımıza və ölkəmizə qarşı təxribat kimi qəbul edir, həmçinin Azərbaycan vətəndaşları və müsəlman olduğumuz üçün  vətənimizi İslam Aləmindən təcrid etmək məqsədilə edilən bu səfərə etirazımızı bildiririk. 

Milli-Mənəvi Dəyərlər İctimai Birliyi
12.12.2016"


  • Yazılıb
  • da (də) 2016 Dec 13
  • Göndərən مدير سايت Aran News