Tarix : 2016 Dec 13
Kod 50944

QAUİM Hərəkəti netanyahunun Azərbaycana səfərinə qəti etirazını bildirir

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı cinayətkar rejimin nümayəndələrinin Azərbaycan səfərini arzuolunmaz hesab edərək bu səfərə qəti etirazını bildirir!
Arannews- sionist rejimi baş nazirinin Azərbaycana səfərinə etiraz olaraq Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı bəyanat yayıb.
Bəyanatda deyilir: "Terorist, işğalçı sionist rejiminin  baş naziri Binyamin Netanyahunun Azərbaycana gözlənilən rəsmi səfərinin dövlət  maraqlarımıza zidd olduğunu  bildirərək bu səfərə Təşkilatımız adına etiraz edirik!
sionist rejimi və onun indiki baş naziri, dinc Fələstin xalqına qarşı  bəşəri  cinayətlər törətmiş, ərazilərini işğal etməklə yanaşı, kütləvi qətliamlar  həyata keçirmişlər. Bu cinayətlər bu gün də davam etməkdədir.
Fələstində hər gün baş verən insan faciəsi nəinki müsəlmanlar tərəfindən, eləcə də Avropa xalqları və xristian camelər tərəfindən də  etirazla qarşılanmış, Netanyahu başda olmaqla bütün hərbi cinayətkarların cəzalandırılması dəfələrlə tələb  edilmişdir.
Azərbaycan dövləti  25 ildən çoxdur ki, erməni işğalı və terroru ilə üz üzədür. Xocalı faciəsi kimi XX əsrin ən dəhşətli qətliamını yaşamış, tarıxı torpaqları hələ də işğal altında olan Vətənimizdə insanlıq qatili, terorist və işğalçı sionist rejiminin cinayətkar baş nazirinin rəsmi səfəri arzu olunan deyil və haqlı olaraq etirazla qarşılanır.                                           
İndiki halda sionist rejiminin cinayətkar baş naziri ilə İŞİD teror qruplaşmasının başçısı arasında fərq yalnız birinin təşkilatçı və sifarişçi olması, digərinin isə icraçı olması qədərdir.
Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı cinayətkar rejimin nümayəndələrinin ölkəmizə səfərini arzuolunmaz hesab edərək bu səfərə qəti etirazını bildirir!

12.12.2016 


  • Yazılıb
  • da (də) 2016 Dec 13
  • Göndərən مدير سايت Aran News