Tarix : 2016 Dec 13
Kod 50945

İran Rusiya ilə viza rejiminin tam aradan qaldırılmasına hazırdır

bunu İranın Rusiyadakı səfiri bildirib.
Arannews- İran Rusiya ilə viza rejiminin tam aradan qaldırılmasına hazırdır, lakin Rusiya tərəfi, əvvəlcə yalnız turistlər üçün vizaların ləğvini təklif edir.
bunu İranın Moskvadakı səfiri Mehdi Sənai bildirib.
"Viza rejiminin tam ləğvi barədə biz hələ danışıqlar aparmamışıq. Gözlənilir ki, turistlər üçün vizaların ləğvi həyata keçirildikdən sonra, bu proses üzrə başlayacaq. Yeri gəlmişkən, İran tərəfi buna hazırdır, çünki İran bir çox ölkələrlə viza rejimini ləğv etməyi planlaşdırır. Lakin Rusiyalı həmkarlarımız təklif etdiki ki, bu prosesi mərhələ-mərhələ həyata keçirək", - səfir deyib.


  • Yazılıb
  • da (də) 2016 Dec 13
  • Göndərən مدير سايت Aran News