Regionda qırğınlardan və infrastrukturların dağıdılmasından mənfəət götürən yeganə rejim sionis rejimdir.
Arannews- İran İslam Respublikası müdafiə naziri deyib: İran hegemoniya quruluşu və beynəlxalq sionizmin regiondakı tamahkarlıqları qarşısında dayanacaq.General Hüseyn Dehqan Tehranda təhlükəsizlik konfransında etdiyi çıxışında deyib: İran heçvaxt müharibə və toqquşma ardınca olmamışdır amma regionda gedən böhranları diqqətlə izləyir və hər ehtimala qarşı hazırlıq aparır.
General Dehqan regionda sakitliyin sionist rejim peyda olandan sonra pozulduğunu xatırladaraq deyib: Regionda qırğınlardan və infrastrukturların dağıdılmasından mənfəət götürən yeganə rejim sionis rejimdir.
İranın müdafiə naziri region ölkələrinin regionda təhlükəsizlik və sabitlik çərçivəsində İranın həqiqi rolu və nüfuzu ilə razılaşmalı olduqlarını vurğulayaraq deyib: İranın rolu hegemonçu yaxud təcavüzkar rol deyil , İran sabitlik və təhlükəsizliyi hədələyən və de-stabillik yaradan amillərlə mübarizə aparır.
General Dehqan deyib: Heç şübhəsiz ki, regionda təhlükəsizlik və stabilliyin təmini məntəqədən kənar qüvvələrin regionu tərk etmələri, xalqların iradəsinə təslim olmaq və regionun təhlükəsizliyinin təmini üçün kollektiv təhlükəsizlik müqaviləsinin yaradılması ilə reallaşa bilər və bu təqdirdə regionda sionist rejimin heç bir yeri olmayacaq.