Tarix : 2016 Dec 15
Kod 50948

İslama xəyanət və işğalçı rejimlə geniş əməkdaşlıq

İlham Əliyev: " Azərbaycan Respublikası və sionist rejimi arasında əməkdaşlıq genişdir".
Arannews- İlham Əliyev ilk olaraq etiraf edib ki, Azərbaycan Respublikası və sionist rejimi arasında əməkdaşlıq genişdir. Bu günədək Azərbaycan ehtiyatla Sionist rejim ilə əlaqələrindən danışırdı.
dekabrın 13-də  Azərbaycan Respublikası İlham Əliyev qəsbkar sionist rejim ilə sənədlərin imzalanması mərasimindən sonra Netanyahu ilə birgə mətbuat konfransında deyib: “Azərbaycan və sionist rejimi hərbi sahədə fəal əməkdaşlıq edir və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. Bu əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün bir rəqəmi diqqətinizə çatdıracağam. İndiyədək Azərbaycan və sionisti rejim şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır”.
Əliyev bu müqavilələrin çox böyük hissəsinin artıq həyata keçirildiyini qeyd edib: "Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq". 
Azərbaycan Respublikası prezidenti qaniçən rejim ilə çox sahələrdə əməkdaşlıq etdiyini  və əlaqələri şaxələndirmək və artırmağı vurğulayaraq, bildirib: “imzalanmış sənədlər əməkdaşlığımız üçün çox böyük potensialın olduğunu açıq-aydın göstərir. Sənədlərin hamısı çox vacibdir. Biz əlaqələri şaxələndirmək və artırmaq üçün işləməliyik”.
Əliyev sionist rejim-Azərbaycan əlaqələrinin  inkişafında yəhudi icmasının rolunu da etiraf edib: “Azərbaycandakı yəhudilər və sionsiti rejimdə əsasən Azərbaycandan olan yəhudilərdən ibarət Azərbaycan diasporu ikitərəfli əlaqələrimizin mühüm amilidir. Məlumat üçün bildirmək istərdim ki, Azərbaycanda beşi Bakıda olmaqla 7 sinaqoq, yəhudi məktəbləri var. Siz onlardan birinə, 2010-cu ildə açılmış “Xabad Or-Avner” Yəhudi Təhsil Mərkəzinə baş çəkəcəksiniz. Mən həmin günü xatırlayıram, çünki mərasimdə iştirak edirdim. Şadam ki, yəhudilər Azərbaycanda özlərini evlərindəki kimi hiss edirlər”.
Xatıladaq ki, qatil sionist rejimin baş nazirinin Bakıya səfəri ərəfəsində çoxlu etirazlar olundu. Din xadimləri, ictimai fəallar , müstəqil siyasətçilər  və Azərbaycanın həqiqi dostları Netanyahunun Bakıya səfəri ilə bağlı xəbərdarlıq etmiş və sionist rejimilə dostluğun Azərbaycanı naməlum və təhlükəli istiqamətə sürükləyəcəyini xatırlamışlar.


  • Yazılıb
  • da (də) 2016 Dec 15
  • Göndərən مدير سايت Aran News