Tarix : 2016 Dec 15
Kod 50949

Azərbaycan və İran gömrük orqanlarının nümayəndələri arasında görüş keçirilib

tədbir Azərbaycan Dövlət Gömrük Komitəsi və İran Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən təşkil olunub.
Arannews- Astarada Azərbaycan və İran gömrük orqanlarının nümayəndələri arasında növbəti görüş keçirilib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir Azərbaycan Dövlət Gömrük Komitəsi və İran Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən təşkil olunub. 
Görüşdə Azərbaycan tərəfdən Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov və İran tərəfdən Astara Gömrük İdarəsinin rəisi Rəsul Omidiyin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər. Nümayəndə heyətlərinin rəhbərləri iki ölkə arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticarət münasibətlərdən söhbət açaraq İran və Azərbaycan gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyini bildiriblər. Görüşdə iki idarə arasında qarşılıqlı maraq doğuran bəzi məsələlərin həllinə aydınlıq gətirilib, eyni zamanda, dəmiryol layihəsinin icra prosesi barədə ətraflı danışıqlar aparılıb. Sonra hər iki tərəfin nümayəndələri birlikdə əraziyə baxış keçiriblər. Xatırladaq ki, tərəflər arasında sonuncu belə görüş sentyabrın 25-də İran İslam Respublikasının Astara şəhərində keçirilib.


  • Yazılıb
  • da (də) 2016 Dec 15
  • Göndərən مدير سايت Aran News