Tarix : 2008 Jun 07
Kod 5095

İDDİA OLUNAN ARAŞDIRMALARLA BAĞLI SƏNƏDLƏR YALAN VƏ SAXTADIR

ABŞ-ın etdiyi səylərə baxmayaraq, MAQATE-nin direktorlar şurasının mövsüm sessiyası, cümə axşamı günü İran haqda heç bir bəyanat qəbul etmədən işini başa vurub.
Iran Servisi/Aran Agentliyi
İİR-in MAQATE-dəki daimi nümayəndəsi Əliəsğər Soltaniyyə Vyanda MAQATE-nin direktorlar şuraının mövsüm sessiyasının sonuncu günündə iddia olunan araşdırmalar məsələsi ilə əlaqədar irəli sürülən bütün fakt və sənədləri saxta və yalan adlandırıb.
Soltaniyyə sonra ABŞ-in İranın nüvə bombası istehsalı ilə bağlı araşdırmalar aparmasını göstərən sənədlərin olması haqdakı iddiasına münasibət bildirərək deyib: ABŞ-in təsiri altına düşən Agentlik iddia olunan bu arşdırmalarla bağlı sənədləri İrana təqdim etməyib.
Qeyd edək ki, ABŞ-ın etdiyi səylərə baxmayaraq, MAQATE-nin direktorlar şurasının mövsüm sessiyası, cümə axşamı günü İran haqda heç bir bəyanat qəbul etmədən işini başa vurub.
 
  • Yazılıb
  • da (də) 2008 Jun 07