ABŞ-ın etdiyi səylərə baxmayaraq, MAQATE-nin direktorlar şurasının mövsüm sessiyası, cümə axşamı günü İran haqda heç bir bəyanat qəbul etmədən işini başa vurub. 
  Iran Servisi/Aran Agentliyi
İİR-in MAQATE-dəki daimi nümayəndəsi Əliəsğər Soltaniyyə Vyanda MAQATE-nin direktorlar şuraının mövsüm sessiyasının sonuncu günündə iddia olunan araşdırmalar məsələsi ilə əlaqədar irəli sürülən bütün fakt və sənədləri saxta və yalan adlandırıb. 
 Soltaniyyə sonra ABŞ-in İranın nüvə bombası istehsalı ilə bağlı araşdırmalar aparmasını göstərən sənədlərin olması haqdakı iddiasına münasibət bildirərək deyib: ABŞ-in təsiri altına düşən Agentlik iddia olunan bu arşdırmalarla bağlı sənədləri İrana təqdim etməyib. 
 Qeyd edək ki, ABŞ-ın etdiyi səylərə baxmayaraq, MAQATE-nin direktorlar şurasının mövsüm sessiyası, cümə axşamı günü İran haqda heç bir bəyanat qəbul etmədən işini başa vurub.