Arannews- AİP-nin sədr əvəzi Hacı İlham Əliyev bildirdi ki, sionist rejimin Azərbaycana yaxınlaşmasının səbəbi bölgədə özünə ayaq qoymağa zəmin yaratmaqdırAzərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev bildirib ki, Netanyahunun Azərbaycan səfərindən hədəfi qonşu ölkələrdə qıcıq yaratmaq və onlara xüsusi mesajlar verməkdir.
Sionist rejiminin baş nazirinin Azərbaycana səfərdən məqsədi nədir?
Hacı ilham əliyev: “Bu nəhs səfərdən bir neçə xoşagəlməz hədəfləri anlamaq olar:
1- Qonşu ölkələrdə qıcıq yaratmaq və onlara xüsusi mesajlar vermək.
2 - Vəhdət həftəsində, İslam ümmətinin bir araya gəlib öz cüzi ixtilaflarını kənara qoyub İslam düşmənlərinin əleyhinə birləşdikləri bir zamana salınması, bunun göstəricisidir ki, bunların hədəfi müsəlman Azərbaycan xalqını İslam ümmətindən təcrid etmək və Azərbaycanı öz səmimi dostu və müttəfiqi kimi göstərməkdir”.
Netanyahunun səfəri Azərbaycanın milli maraqlarına nə vəd edir?
Hacı ilham əliyev: “Bu uşaq qatilinin indiyədək dünyanın müxtəlif ölkələrinə etdiyi səfərlərin heç biri həmin ölkə və millət üçün uğurlu olmayıb. Hər hansı bir ölkəyə gedibsə orada xalq onun əleyhinə etiraz yürüşləri keçirib və gəlişini pisləyərək rəd edib. Gəlişinin ziyandan başqa heç bir faydasının olmadığını bildiriblər. Bu qaydadan Azərbaycan xalqı da müstəsna deyil”.
Benyamin Netanyahunun Azərbaycan səfəri xalq tərəfindən necə qarşılanır?
Hacı ilham əliyev: “Təbiidir ki, Azərbaycan xalqı belə bir dönəmdə dünya səviyyəsində cinayətkar uşaq qatili kimi tanınan bir şəxsin səfərini məkirli hiylə dolu səfərinin pərdə arxasında hansısa təhlükəli hədəflərin olduğunu düşünür”.
Sionist rejiminin Azərbaycana yaxınlaşmasının səbəbi nədir?
Hacı ilham əliyev: “Əvvəldə qeyd etdiyimiz kimi bu yaxınlığın səbəbi qonşu ölkələrdə qıcıq yaratmaq və bölgədə özünə ayaq qoymağa zəmin yaratmaqdır”.
Bu səfər Azərbaycanın İslami kimliyi və simasına nə kimi zərbə vura bilər?
Hacı ilham əliyev: “Bəli, dəqiqən elə bu səfərdən nəzərdə tutulan hədəflərdən biri də məhz elə budur ki, müsəlman Azərbaycan xalqını dünya müsəlmanlarının gözündə aşağılayıb və özünə dost kimi göstərsin. Bu səfərin məqsədi İslam ümmətində təfriqə salmaq, müsəlmanları bir-birindən ayırmaqdır”.