Vahid sistemə daxil olacaq qüvvələrin təmin edilməsi üçün maliyyəni həm Rusiya, həm də Ermənistan müstəqil şəkildə ayıracaq.
Arannews- Rusiya Duması Ermənistanla vahid raketdən müdafiə sistemlərinin yaradılması barədə qanun layihəsini təsdiq edib.Qeyd edək ki, Rusiya və Ermənistan arasında vahid raketdən müdafiə sisteminin yaradılması haqqında müqavilə 2015-ci ilin dekabrında Moskvada imzalanıb. Müqaviləyə əsasən, vahid sistemin koordinasiyasını Rusiya Cənub Hərbi Dairəsi həyata keçirəcək. Vahid sistemə daxil olacaq qüvvələrin təmin edilməsi üçün maliyyəni həm Rusiya, həm də Ermənistan müstəqil şəkildə ayıracaq.
Müqavilə 5 il müddətinə imzalanıb və o daha 5 il avtomatik uzadıla bilər.