Bəxtiyar Bayramov Qarabağ döyüşlərində iştirak edib, gələn həftədə isə özünü etiraz olaraq yandıracaq.
Arannews- Qax sakini Dövlət Yol Polisi əməkdaşlarına etiraz edərək öz avtomobilini yandırıb.hadisə səhər saatlarında baş verib.
Belə ki, rayon sakini Bəxtiyar Bayramov idarə etdiyi 16-BA-253 dövlət qeydiyyat nömrə nişanlı “VAZ 2109” markalı avtomobilini yandırmasına səbəb kimi ona qarşı edilən haqsızlıqla əlaqələndirib.
B.Bayramov Qax rayon DYP-nin rəisi Ayaz Məmmədovu və əməkdaşlarını rüşvətdə ittiham edib.
O, görüntülərdə bildirib ki, Qarabağ döyüşlərində iştirak edib, gələn həftədə isə özünü etiraz olaraq yandıracaq.