müxtəlif təbəqədən olan insanların iştirak etdiyi bu mərasim İran İslam Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzinin Şəhriyar Evində keçirilib.
Arannews- İslam peyğəmbəri həzrət Məhəmməd Mustafanın(s.ə.s) və İmam Cəfər Sadiq(ə)-ın mövlud günü münasibəti ilə Bakıda şənlik mərasimi keçirilib.
müxtəlif təbəqədən olan insanların iştirak etdiyi bu mərasim İran İslam Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzinin Şəhriyar Evində keçirilib. İran İslam Respublikasının Bakıdakı səfirliyinin mədəniyyət attaşesi İbrahim İbrahimi bu mərasimdə çıxış edərək, İslam peyğəmbərinin fəzilətlərindən danışıb və deyib: İslam peyğəmbəri aləmlərin rəhmətidir. Və Allahın rəsulunun yolunu davam etdirmək hər bir kəsin borcudur.
İ.İbrahimi İslam adına cinayət törədən təkfirçilər və terrorçuları hegemonçuluq quruluşuun əlində İslam ölkələri və İslam dininə zərbə vurmaq üçün bir vasitə adlandırıb və deyib: Bunların İslamdan xəbəri yoxdur. İslam rəhmət, sülh və mehribanlıq dinidir. Şiə və sünni olmasından asılı olmayaraq, bütün müsəlmanlar birlik və həmrəylik ilə düşmənin fitnələri qarşısında mübarizə aparmalıdırlar.
Bu mərasimdə məddahlar İslam peyğəmbərinin şənində şerlər oxuyublar.