Arannews- Türkiyənin Kayseri şəhərində ötən gün törədilən partlayışla əlaqədar saxlanılan şəxslərin sayı 15-ə çatıb.
Bundan əvvəl 7 nəfərin saxlanıldığı, daha 5 nəfərin axtarıldığı bildirilmişdi.
Qeyd edək ki, Kayseridə törədilən partlayış nəticəsində 14 nəfər ölüb. Terrorçu-kamikadzenin idarə etdiyi avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırparaq, partlayıcı qurğunu işə salıb. Hadisə şəhərdəki Ərciyəz Universiteti şəhərciyinin yaxınlığında qeydə alınıb.
Xəstəxanalara 50-dən çox yaralı yerləşdirilib, onlardan 12-si reanimasiyadadır. Yaralılardan dördünün vəziyyəti ağır olaraq qalmaqdadır.