Arannews- Rusiya Xarici İşlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu və iranlı həmkarı Cavad Zəriflə həyata keçirdiyi telefon əlaqəsində Hələbdəki vəziyyəti müzakirə edib.
bu barədə Rusiya XİN-i məlumat yayıb.
Tərəflər Hələbdəki təxliyyələri, şəhərə humanitar yardımların çatdırılmasını və Suriyadakı böhranlı vəziyyəti müzakirə ediblər.
Eyni zamanda nazirlər üçtərəfli görüş barədə də razılığa gəliblər.
Qeyd edək ki, bundan öncə Lavrov dekabrın 27-də Çavuşoğlu ilə Zərifin Moskvaya gələcəyini söyləmişdi.