Tarix : 2016 Dec 18
Kod 50962

Gürcüstanda həzrət Məhəmmədın(s.ə.s) mövlud mərasimi

Gürcüstanda ustavi şəhərində Hz. Məhəmməd Peyğəmbərin (s) mövludu, İmam Cəfər Sadiqin (ə) doğum günü münasibəti ilə bayram tədbiri keçirilib.

Arannews- Gürcüstanın Rustavi şəhərində Hz. Məhəmməd Peyğəmbərin (s) mövludu, İmam Cəfər Sadiqin (ə) doğum günü və Vəhdət həftəsi münasibəti ilə bayram tədbiri keçirilib.

Mərasimin aparıcısı Vidadi Qurbanov tədbirin məqsədini çatdırıb, təşkilatçılara təşəkkür edərək sözü Quran tilavəti üçün Hacı Natiq Əliyevə verib. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov təbrik və salamlarını çatdırdıqdan sonra İslam Peyğəmbərinin ümməti hesab olunan müsəlmanların vəzifələrindən, bu gün dünyada müsəlmanların vəziyyətindən, ümmətin üzərinə düşən məsuliyyətlərdən danışıb. O qeyd edib ki, tarix boyu dinimizin düşmənləri müxtəlif vasitələrlə O Həzrəti və gətirdiyi din və kitabı gözdən salmaq üçün hər yola əl atsalar da buna nail ola bilmədilər:

“Çünki məsum olan Peyğəmbərdə (s) və Onun möcüzəsi hesab olunan Quran-Kərimdə yanlışlıq tapa bilmədilər. Məlumdur ki, Peyğəmbər (s) nöqsandan uzaq nümunəvi şəxsiyyət idi. Son dövrlərdə artıq düşmənlər dinimizi gözdən salmaq üçün ümməti parçalamaq, bir-birinin canına salaraq zəiflədib aradan aparmağı qarşılarına məqsəd qoydular. Onların eyni zamanda hədəfləri dinin ardıcıllarını gözdən salmaqla mənsub olduqları dinə fobiya (qorxu) yaratmaq, insanları Hz. Məhəmmədin (s) gətirdiyi İslam dinindən hürkütməkdən ibarət idi. Özünü onun ümməti hesab edən müsəlmanlar sözlərində, iman və əməllərində düz və dürüst olmaqla O Həzrəti düzgün təmsil etməlidirlər. Eyni zamanda bir olub səmimi vəhdət şəkilində həmrəy olmalıdırlar.”

Sonra BGMİ-nin Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyev, Türkiyə səfirliyinin din müşaviri Hacı Nəbi Gümüş və Əl-Mustafa Universitetinin Gürcüstan üzrə nümayəndəsi Hacı Davud Zare, İran səfirlik rəsmisi Müctəba Kamranfərd və başqaları çıxış edərək Allahın rəsulu, peyğəmbərlərin xatəmi Hz. Məhəmmədin (s) həyat tərzindən, onun insanlığa verdiyi örnəklərdən və sifarişlərdən söhbət açaraq, onun ümməti hesab olunan müsəlmanların bu günkü vəziyyətindən və bu hala düşmələrinin səbəblərindən danışdılar. Bu acınacaqlı vəziyyətdən çıxış yolunu İslam ümmətinin vəhdət və birlik təşkil etmələrində olduğunu söylədilər.

Bayram tədbiri mərasimə dəvət olunan Əhli-beyt məddahı Vasif Vəsfinurun ifasında dini İlahilər və şeirlərlə davam etdi. Sonda qonaqlar bayram süfrəsi ətrafında bir araya gəldilər. Onlara dini təqvimlər, jurnal və posterlər hədiyyə olundu.

 


  • Yazılıb
  • da (də) 2016 Dec 18
  • Göndərən مدير سايت Aran News