Tarix : 2016 Dec 19
Kod 50966

Gürcüstanın Əhli-beyt cəmiyyəti Quran müsabiqəsi keçirib

müsabiqə Əhli-beyt (ə) cəmiyyətinin Hüseyniyyəsində təşkil olunub.
Arannews- Aləmlərə Rəhmət  həzrət Muhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mübarək təvəllüdləri münasibəti ilə Gürcüstan Əhli-beyt (ə) cəmiyyətində dərs alan azyaşlı tələbələr arasında Qurani-Kərimin qiraəti üzrə yarışma keçirilib. Yarışma Əhli-beyt (ə) cəmiyyətinin Hüseyniyyəsində təşkil olunub.
Məclis Əhli-beyt (ə) cəmiyyətinin tələbəsi Lalə Xəlilovanın aparıcılığı və Quran Qarisi Rza Cəfərinin Quran tilavəti ilə baş tutub.
Sonra Əhli-beyt (ə) cəmiyyətinin dəyərli müəllimi Kərbəlayi Elçin Daşdanzadə çıxış edərək məclis iştirakçılarına öz təbrikini çatdıraraq  Qurani-Kərimin qiraətinin savabından danışıb.
Daha sonra yarışmaya strat verilib və yarışmaya 13 nəfər azyaşlı tələbə qatılıb. İlk öncə bir ildən az təhsil alan daha sonra isə bir ildən artıq təhsil alan tələbələr arasında keçirilən müsabiqə hər kəsin diqqətinə səbəb olub.
Məclisdə qonaq olan Əhli-beyt (ə) məddahı Kərbəlayi Səid və Əhli-beyt (ə) cəmiyyətinin tələbələri Peyğəmbərin (s) və Məsumların (ə) şəninə ilahilər və şerlər səsləndiriblər.
Sonra Əhli-beyt (ə) cəmiyyətinin müəlliməsi Kərbəlayi Emilya Səfərova çıxış edərək bayram münasibəti ilə məclis iştirakçılarını təbrik edərək  müsabiqə qaliblərinin adlarını açıqlayıb.
Qaliblərə Əhli beyt (ə) cəmiyyəti tərəfindən hədiyyələr təqdim olunub.


  • Yazılıb
  • da (də) 2016 Dec 19
  • Göndərən مدير سايت Aran News