Azərbaycan Respublikasının yerləşdiyi regionun strateji durumuna diqqət etdikdə Bakı rəhbərlərinin daha müdrik siyasət seçmələrinin lüzümu aşkar olur.
AranNews – İran İslam Respublikasının bu həssas məntəqədə qüdrətli varlığı, onun mütərəqqi və anti-imperializm əleyhinə siyasəti region ölkələrinin istismarçıların tamah və bədxahlığı qarşısında müqavimət göstərə bilməsi üçün əlverişli durum və eyni halda əvəzsiz bir fürsət yaratmışdır. Bu arada Azərbaycan Respublikası İranın şimal qonşusu və İranla tarixi, mədəni, ictimai və iqtisadi ortaqlıqları olan bir ölkə kimi regionun iqtisadi və siyasi müstəqilliyinin möhkəmlənməsində xüsusi yer tutur.
Sabiq Sovetlər Birliyinin parçalanmasından sonra Azərbaycan Respublikasının müstəqillik qazanmasının ardınca yeni istiqlal qazanmış bu ölkənin strateji ehtiyacları, həmçinin İranla dini, mədəni və tarixi yaxınlığı Azərbaycan rəsmilərini İranla yaxın və dostcasına münasibətlər qurmağa məcbur etdi. Əlbəttə, İran-Rusiya münasibətlərinin güclənməsi və davamlı olması bu iki ölkənin daha da yaxınlaşması üçün geniş şərait yaratdı və bu mövzu Azərbaycan Respublikasına regionun hər iki təsirli gücü ilə əməkdaşlıq imkanı verdi ki, bu ölkə yaranmış vəziyyətdən faydalanaraq Qafqaz və islami ölkələr arasında daha çox mənfəət qazanan vasitə oyunçusu olsun.
Azərbaycan Respublikasının öz qərb qonşusu olan Ermənistanla ixtilafları səbəb oldu ki, bu ölkə mümkün təhlükəsizlik təhlükələri ilə qarşılaşmaq üçün iki məntəqə arasındakı öz tranzit rolunu dişi və dırnağı ilə qoruyub saxlasın. Ancaq son günlər ərzində sionist rejimin baş naziri Netanyahunun bu ölkəyə səfəri xəbərlərinin yayılması bir daha Bakı başçılarının əsassız sərgüzəştlər ardınca olduğunu nümayiş etdirdi.
Qüdsü işğal etmiş rejim son illərdə regionda yaranmış həssas və ağır durumdan istifadə edərək müxtəlif regional və transregional fitnələr yaratmağa cəhd edir. Regionda, xüsusilə də İslam ölkələrində işğal və qarışıqlıq yaratmaqdan başqa niyyəti olmayan həyasız və vəhşi sionist rejimi Səudiyyə Ərəbistanı kimi müsəlman ölkələrinin düşüncəsizliyi üzündən regionda ixtilafları qızışdırmış və müharibə fitnəsi yaratmış, yaranmış ağır durumdan istifadə edərək həmin ölkələrdə öz həyasız nüfuzunu daha da artırmışdır.
İran İslam Respublikasının müdrikcəsinə siyasətləri sayəsində özünü region ölkələrin müqavimətinin mühasirəsində görən sionist rejim özünün puç gümanları əsasında İranın Azərbaycan Respublikası kimi qonşularına yaxınlaşmaqla İslam ölkələrinə nüfuz etmək və onlar arasında təfriqə yaratmağa təlaş edir. Bununla da mühasirə dairəsinin təzyiqlərini azalda biləcəyini düşünür. Qondarma sərhədlərinin qonşuluğunda işğalçılıq və cinayətlər edən qəsbkar rejim bu dəfə transregional cinayət törətmək istəyir. Bəzi İslam ölkələrinin qəflətindən faydalanaraq özünün ikili siyasəti ilə İslam dünyasında təfriqə yaradır.
Ancaq vurğulanması əhəmiyyətli olan məsələ budur ki, Azərbaycan Respublikası və sionist rejimi arasında hər hansı münasibətin İranın şimal qonşusu üçün çox pis nəticəsi olacaqdır. Yuxarıda da qeyd olunduğu kimi Azərbaycan Respublikası İran və Rusiya arasında tranzit kanalı olaraq İslam və Qafqazın strateji ölkələri arasında vasitə roluna malikdir. Ona görə də Bakı dövlətinin müsəlmanlara qarşı and içmiş bir düşəni ilə yaxın münasibəti bu sərgüzəşt ardınca olan ölkəni İslam camiəsi tərəfindən təcrid olunma təhlükəsi ilə üzləşdirə bilər. Belə olacağı surətdə Bakı dövlətinin özünü təcriddən çıxarması və əvvəlki vəziyyətinə qayıda bilməsi o qədər də asan olmayacaq. Bu ölkənin siyasi və iqtisadi təcrid olması müharibənin və qarışıqlığın gətirdiyi strateji böhranlardan da artıq ona zərər vura bilər.
Azca tərəfsiz baxıdıqda bu məsələni asanlıqla başa düşmək olar ki, zorla qəbul etdirilmiş bu yaranı sağaltmağın yolu, öz marağı və təfriqə yaratmaq ardınca olan sionist rejiminə deyil, İran İslam Respublikasının rəhbərlik etdiyi regional müqavimət və vəhdət cəbhəsinə qoşulmaqdır.
Sionist rejiminə yaxınlaşmanın təsirlərini qəflətə uymuş bir sıra müsəlman ölkələrində çox aydın şəkildə görmək mümkündür. Bu müsəlman ölkələr əsassız bəhanələrlə sionistlərin aldadıcı təbəssümlərinə uydular. Bəziləri hələ də qəflət yuxusundan ayılmamışdır. Azərbaycan Respublikasının dövlət rəhbərləri region ölkələrinin durumuna diqqət etməklə sionist rejimi ilə münasibət qurmağın gələcəyini görə bilər və onunla yaxın əlaqələr yaratmağın nəticələrini daha yaxşı araşdıra bilərlər.
Risalət qəzeti
AranNews – Vəliyyi-Fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi bu həftənin cümə namazı xütbələrində sionist rejimin baş nazirinin Azərbaycan Respublikasına səfərinə toxunaraq deyib: “Netanyahunun bütün əhalisi müsəlmanlardan ibarət olan bir ölkəyə səfəri sionistlərin bütün müsəlmanlara nüfuzuna və təhkim edilməsinə yol verməkdir”.
Ayətullah Şəbüstəri vurğulayıb: “Azərbaycan Respublikasının hakimiyyəti bu ölkədə müsəlmanların dini mərasim keçirmələrinə qarşı çıxdı, ancaq bu səfərə icazə verməklə o ölkənin əhalisinə, qonşu ölkə və dünya müsəlmanlarına hörmətsizlik etdi”.
Təbrizin imam cüməsi gələn həftənin münasibətləri arasında 27 azərin (17 dekabr) hövzə və universitetin vəhdət günü olduğunu xatırladaraq deyib: “Ayətullah Müfəttihin şəhadət günü hövzə və universitetin vəhdət günüdür. O, universitet və hövzəni birləşdirici bir vasitəçsi idi. Ayətullah Müfəttih İlahiyyat universitetinə daxil olanda istismarçıların muzdur qrupu vasitəsilə terror edildi. Mərhum İmam bu günü hövzə və universitetin vəhdəti günü adlandırdı”.