"İran Azərbaycan Respublikası və Qarabağla dair siyasəti dəyişməyib. İranın mövqeyi sabitdir və bu mövqeni davam etdirəcək”
Arannews- İran XİN Azərbaycan mətbuatının xəbərini təkzib etdi.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib: “Bizdə iranlı mühəndislərin Qarabağda olmasına dair məlumat yoxdur, biz bunu təsdiq etmirik”.
B. Qasimi deyib ki, Qafqaz bölgəsində etnik və regional gərginliklər olduğu üçün bəzi KİV mənbəyi məlum olmayan, yalan, əsassız məlumatlar yayır, İran haqqında da bəzən belə məlumatlar yayılır.
"İranın Azərbaycan Respublikası və Qarabağla dair siyasəti dəyişməyib. Bizim mövqeyimiz sabitdir və bu mövqeni davam etdirəcəyik”, - deyə o qeyd edib.