Tarix : 2016 Dec 20
Kod 50972

Azərbaycan sionist rejimin siyasətlərinin tələsinə düşməməlidir

İran XİN-nin sözçüsü: "Azərbaycan ayıq-sayıq olmalıdır və sionist rejimin siyasətlərinin tələsinə düşməməlidir".
Arannews- İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Benyamin Netanyahunun Azərbaycan Respublikasına səfərinə reaksiya verib.
Netanyahunun Azərbaycan Respublikasına səfəri İran xalqı və bəzi İran rəsmilərinin reaksiyasına səbəb olub.
İran İslam Respublikası Xarici İşlər Nazirliyi də qəsbkar sionist rejimi ilə dostluq və əlaqəni yanlış hesab edib və bu səfər barədə reaksiya verib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat brifinqində İran İslam Respublikasının heç vaxt heç bir ölkənin daxili məsələlərində müdaxilə etmədiyini qeyd edərək xatırladıb: Biz hər halda sionist rejimin regiondakı pis hərəkətləri və təxribatçı davranışının şahidiyik.
Qasimi əlavə edib: Sionist rejim belə səfərləri planlaşdırmaqla region ölkələri, xüsusilə də islam ölkələri arasında boşluq yaratmağa çalışır. Bu iştirak konstruktiv olmamaqla yanaşı, həm də təxribatçılıqdır.
İran XİN mətbuat katibi deyib: Netanyahunun Azərbaycana səfərinə də belə bir təhillə yanaşmaq olar. Bizim təsəvvürümüz bu idi ki, Azərbaycan bu heyəti qəbul etməməli idi. Çünki, hər halda sionist rejimdə xoşməramlılıq yoxdur Və Azərbaycanın islam ölkələri ilə gələcəkdə əlaqələrində xələl yarada bilər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü sonda deyib: Hər halda Azərbaycan ayıq-sayıq olmalıdır və sionist rejimin siyasətlərinin tələsinə düşməməlidir.


  • Yazılıb
  • da (də) 2016 Dec 20
  • Göndərən مدير سايت Aran News