İran prezidenti Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və qanunları əsasında həlli vacibliyini vurğulayıb.
Arannews- Ermənistana səfər edən İran prezidenti bu ölkənin prezidenti ilə görüşdə bir daha Qarabağ münaqişəsinin ədalətli həllini istəyib.
Həsən Ruhani Qarabağ münaqişəsinə işarə edərək, onun beynəlxalq hüquq normaları və qanunları əsasında, eləcə də BMT nizamnaməsi çərçivəsində həlli vacibliyini vurğulayıb.
Bu görüşdə tərəflər kütləvi qırğın silahlarının işlədilməsi və yayılmasının qadağan olunmasını mühüm məsələlərdən biri adlandırıblar. Onlar NPT müahidəsinin möhtərəm sayılmasına dair öhdəliklərinə sadiq qaldıqlarını vurğulayıblar.
İki ölkənin prezidentləri region və dünyada sülhün bərqərarı istiqamətində olan bir amil kimi sivilizasiyaların dialoqu yolu ilə zorakılıq və ifratçılıqla mübarizənin vacibliyinə təkid ediblər.