Çavuşoğlu dekabrın 20-21-də Türkiyə-Ukrayna Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq çərçivəsində Ukraynaya səfər etməli idi. 
  Arannews- Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyədə səfiri Andrey Karlovun Ankarada öldürülməsi ilə əlaqədar Ukraynaya səfərini təxirə salıb.Bu barədə Türkiyə XİN-in nümayəndəsi məlumat verib. 
Çavuşoğlu dekabrın 20-21-də Türkiyə-Ukrayna Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq çərçivəsində Ukraynaya səfər etməli idi. 
Səfərin dəqiq tarixi barədə daha sonra məlumat veriləcəyi bildirilib.