Tarix : 2016 Dec 22
Kod 50976

Çavuşoğlunun Səfəri Təxirə Salınıb

Çavuşoğlu dekabrın 20-21-də Türkiyə-Ukrayna Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq çərçivəsində Ukraynaya səfər etməli idi.
Arannews- Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyədə səfiri Andrey Karlovun Ankarada öldürülməsi ilə əlaqədar Ukraynaya səfərini təxirə salıb.
Bu barədə Türkiyə XİN-in nümayəndəsi məlumat verib. 
Çavuşoğlu dekabrın 20-21-də Türkiyə-Ukrayna Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq çərçivəsində Ukraynaya səfər etməli idi. 
Səfərin dəqiq tarixi barədə daha sonra məlumat veriləcəyi bildirilib. 


  • Yazılıb
  • da (də) 2016 Dec 22
  • Göndərən مدير سايت Aran News